• çərşənbə axşamı, 23 aprel, 10:19
  • Baku Bakı 20°C

Kəmaləddin Heydərov: "Fövqəladə və bədbəxt hadisələr zamanı 423-ü uşaq olmaqla, 1442 nəfərə yardım göstərilib"

14.12.17 14:50 2330
Kəmaləddin Heydərov: "Fövqəladə və bədbəxt hadisələr zamanı 423-ü uşaq olmaqla, 1442 nəfərə yardım göstərilib"
"Bu il yanğın nəzarəti məqsədi ilə sosial, sənaye, nəqliyyat, kənd təsərrüfatı obyektlərində və xidmət sahələrində 38 mindən çox yanğın-texniki müayinə aparılıb".
APA-nın məlumatına görə, bunu bu günFövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 12-ci ildönümü münasibətilə dekabrın 14-da keçirilən genişləndirilmiş kollegiya iclasında fövqəladə hallar naziriKəmaləddin Heydərovdeyib.
K. Heydərov bildirib ki, aşkarlanmış çatışmazlıqların aradan qaldırılması üçün obyekt sahiblərinə 210 mindən artıq tələbi özündə əks etdirən göstəriş və xəbərdarlıq verilib: "60 mindən artıq fəhlə və qulluqçu yanğın təhlükəsizliyi barədə təlimatlandırılıb".
Fövqəladə hallar naziri qeyd edib ki, xilasedicilər yol-nəqliyyat qəzası, silah-sursat aşkarlanması, texnogen mənşəli bina və qurğuların dağılması və uçması, mənzildə qaz sızması, təhlükəli bioloji hadisələrin qarşısının alınması, mənzildə və liftdə köməksiz vəziyyətdə qalma daxil olmaqla, 1138 müxtəlif axtarış və qəza-xilasetmə əməliyyatlarında iştirak ediblər: "Fövqəladə hadisələrin və bədbəxt hadisələrin aradan qaldırılması zamanı 423-ü uşaq olmaqla, 1442 nəfər zərərçəkmişə ilk yardım və təxirəsalınmaz yardım göstərilib. Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri tərəfindən 43 dəfə nəqliyyat və digər qəzalarla bağlı çıxışlar olub, 79 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılaraq xilas edilib".
banner

Oxşar Xəbərlər