• cümə, 29 Mart, 15:20
  • Baku Bakı 14°C

Keloğlan Masalları Müzikali-2 interaktiv müzikl-tamaşa təqdim olunacaq

09.06.17 15:30 1441
Keloğlan Masalları Müzikali-2 interaktiv müzikl-tamaşa təqdim olunacaq
Heydər Əliyev Sarayında Ankara teatrının iştirakı ilə, Keloğlan Masalları Müzikali-2 "Uzun-Huysuz Kosmosda” yeni interaktiv müzikl-tamaşa təqdim olunacaq.
Türk cizgi filmindən səhnəyə uyğunlaşdırılan, musiqisi və ssenarisi peşakar qrup tərəfindən hazırlanan və yüz minlərlə tamaşaçının rəğbətini qazanan Keloğlan Masalları Müzikalinin yeni "Uzun-Huysuz Kosmosda” müzikl-tamaşası 22 oktyabrda uşaqların ixtiyarına veriləcək. Yalnız bir gün və iki seans olacaq müzikl-tamaşa mahnıları, rəqsləri, qəhrəmanları, həyəcan verici mövzusu ilə uşaqlara və həmçinin böyüklərə möhtəşəm əyləncə vəd edir.
Saat 12:00 və 15:00-da başlayacaq müzikl-tamaşanın biletləri 6 manatdan başlayır. Biletləri iticket.az saytından onlayn, şəhərin kassalarından, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.
Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30
banner

Oxşar Xəbərlər