AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Kəlbəcərin qayıtması tarixi ədalətin zəfəridir - Rusiyalı politoloq

Kəlbəcərin qayıtması tarixi ədalətin zəfəridir - Rusiyalı politoloq

Cəmiyyət
25 Noyabr 2020, 12:45 171
Kəlbəcər rayonunun qayıtması təkcə Azərbaycanın qələbəsi deyil, həm də vacib və əlamətdar hadisədir. Bu, həm də tarixi ədalətin zəfəridir.
 
Bunu Trend-ə rusiyalı politoloq Tatyana Poloskova deyib.
 
O vurğulayıb ki, bu rayonda heç vaxt erməni əhali olmayıb: "Sonuncu sovet siyahıyaalmasına görə, rayon əhalisinin 99 faizi azərbaycanlılar idi”.

Politoloq bildirib ki, ermənilər bu ərazini tərk edərkən, evləri, məktəbləri, digər binaları yandırır, ağacları kəsirdi: "Bu, vandallıqdır və gəlmə insanların davranışıdır”.
Qeyd edək ki, Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.