• cümə, 29 Mart, 16:09
  • Baku Bakı 14°C

Keçmiş “Qalatasaray”lının başına iş açdılar

23.11.13 09:47 1419
Keçmiş “Qalatasaray”lının başına iş açdılar
Türkiyə millisinin və “Qalatasaray”ın sabiq futbolçusu Kazım Kazım İngiltərənin “Blekbern Rovers” klubunda çıxış edərkən etdiyi hərəkət başına iş açıb. Apasport.az saytı yerli KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu məhkəməyə verilib.
Belə ki, Kazım “Brayton” səfərində olarkən stadiondakı “mavi”ləri təhqir edib. Buna görə də o, yanvarda hakim qarşısına çıxacaq.
Qeyd edək ki, bu yay “Qalatasaray”dan “Bursaspor”a transfer olunan təcrübəli yarımmüdafiəçi 2012 - 2013 mövsümündə icarə əsasında İngiltərənin “Blekbern Rovers” klubunun formasını geymişdi.
banner

Oxşar Xəbərlər