AZE | RUS | ENG |


"Kaspi"nin müxbirinə “Sima” teatr mükafatı təqdim edildi

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 89-cu teatr mövsümünün yekunlarına həsr olunmuş hesabat iclası keçirildi və onlara ilin “Sima” teatr mükafatı təqdim edildi

İlin yekunlarına həsr olunan iclası giriş sözü ilə açan teatrın direktoru, Əməkdar artist, ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov mövsüm ərzində əldə edilən uğurlar, təqdim olunan yeni tamaşalar, beynəlxalq qastrol və festivallar, müxtəlif ölkələrlə teatrımız arasında həyata keçirilmiş aktyor və rejissor mübadilələri haqqında ətraflı məlumat verdi. Direktor vurğuladı ki, teatra dövlət qayğısı nəticəsində bu gün Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti var qüvvəsi ilə sənətin inkiaşfına xidmət edirlər. 2006-cı ildə Azərbaycanda ilk dəfə olaraq "Teatr və teatr fəaliyyəti haqqında” qanun qəbul olundu. 2007-ci ildə möhtərəm prezidentimiz Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam imzaladı. 2009-cu ildə ölkə başçısı Azərbaycan teatrının 10 illik inkişafına dair strateji xarakterli dövlət proqramını təsdiq etdi. Bu, Azərbaycan teatrının inkişafına xidmət edəcək fövqəladə önəmli bir sərəncam idi ki, bu gün ölkəmizdə fəaliyyət göstərən bütün teatrlar bu sərəncamdan bəhrələnirlər.
Teatr rəhbəri  89-cu teatr mövsümünün nailiyyətləri ilə yanaşı, yeni 90-cı teatr mövsümü üçün nəzərdə tutulmuş yaradıcılıq planlarından, hazırlanacaq tamaşalar, beynəlxalq qastrol və festivallar, yeni layihələrdən də söz açdı.  
 
Hesabat iclasından sonra  Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin təsis etdiyi "Sima” mövsümi Teatr Mükafatı öz sahiblərinə təqdim olundu. Belə ki, bu ilki mükafatlar  "mövsümün ən yaxşı xarakterik obraz ifaçısı”, "mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı”, "mövsümün ən işgüzar aktyoru”, "mövsümün seçilən aktyoru”, "mövsümün ən yaxşı texniki işçisi” "mövsümün  fərqlənən aktyoru”, "teatrın dostu”, "mövsümün ən işgüzar əməkdaşı”, "mövsümün ən yaxşı epizodik rol ifaçısı” nominasiyası üzrə olmaqla 12 adda müəyyənləşdirilib. 2017-ci ilin Simaları siyahısına "Uğurlu debüt”- Xəyalə Meydanova,  "Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı” (kişi) - Elşən Şıxəliyev, "Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı” (qadın)  -    Mehriban Abdullayeva , "Mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı” - Hüsniyyə Quliyeva , "Mövsümün seçilən aktyoru” -Elnur Hüseynov, "Mövsümün ən işgüzar aktyoru” - Müşfiq Əliyev , "Mövsümün ən yaxşı texniki işçisi” - İradə Mirişli, "Mövsümün fərqlənən  aktyoru” -  Bəhram Həsənov , "Teatrın dostu” - Ülviyyə Həsənqızı, "Mövsümün ən işgüzar əməkdaşı” -Ələsgər Muradxanlı, "Mövsümün ən yaxşı epizodik rol ifaçısı” -Eyvaz İbrahimov, Teatr və KİV -  "Kaspi” qəzeti (Xəyalə Rəis) adları yazıldı. Şən, musiqili,ədəbi-bədii gecə şəklində davam edən mükafatlandırma mərasimində münsiflər heyətinin qərarına əsasən nominasiyalar üzrə qaliblərə diplomlar və pul mükafatları təqdim edildi.        
Qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin təsis etdiyi "Sima” mükafatı teatrın yaradıcı heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun yaradılması, bədii dəyəri ilə (mövzusu, quruluşu, tərtibatı, ifaçısı) fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, habelə mövsüm ərzində hazırlanan ən uğurlu səhnə əsərlərinin, ayrı-ayrı ifaçıların, mövsüm ərzində fəallığı ilə seçilən teatr əməkdaşlarının mükafatlandırılması məqsədilə təsis olunub.
Mükafat ilk dəfə 2015-ci ildə təqdim olunub. 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN