• çərşənbə axşamı, 19 mart, 11:51
  • Baku Bakı 8°C

“Kaspi” Təhsil Şirkətinin 10 illik yubileyi qeyd olundu - Fotolar

16.06.17 23:15 5042
“Kaspi” Təhsil Şirkətinin 10 illik yubileyi qeyd olundu - Fotolar
"Bu gün "Kaspi” Təhsil Şirkəti üçün ikiqat bayramdır. "Kaspi” Təhsil Şirkəti 10 illik yubileyini qeyd etməklə yanaşı, 2014-cü ildə fəaliyyətə başlamış Kaspi Liseyinin də ilk məzunlarının gecəsini qeyd edir”. Gənc Tamaşaçılar Teatrında "Kaspi” Təhsil Şirkətinin yubileyi və ilk məzun gecəsinə həsr olunan tədbirdə səslənən bu fikirlər ölkənin ən qabaqcıl və sürətlə inkişaf edən təhsil təşkilatlarından birinin keçdiyi yolu vərəqlədi. Şirkətin kollektivi, məzunlar və onların valideynləri ilə yanaşı, ictimai xadimlər, millət vəkilləri, mədəniyyət və media nümayəndələrinin də iştirak etdiyi tədbirdə şirkətin əldə etdiyi nailiyyətlərdən danışıldı, həmçinin gələcək hədəflərindən söhbət açıldı.

Qeyd edildi ki, "Kaspi” Təhsil Şirkəti 2007-ci ildə xarici dillərin tədrisi ilə məşğul olan bir mərkəz kimi fəaliyyətə başlayıb, keçən 10 il ərzində fəaliyyətini genişləndirərək 2 lisey, 4 uşaq bağçası, 11 filial, 7 yerli nümayəndəlik açıb, şirkət statusunu qazanıb.
"Mükəmməl milli təhsil amalımızdır”
"10 il ərzində müəyyən işlər görməyə çalışdıq. Amma bu, bizim planımızda olan işlərin bir hissəsidir” deyən "Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva qonaqları salamlayaraq rəhbərlik etdiyi şirkətin yaranma məqsədindən danışdı: "Biz bu təhsil şirkətini yaradanda özəl və dövlət təhsil sektorlarının fəaliyyətini araşdırdıq. "Fərqli bir təhsil sahəsi yaratmaq üçün nə etmək lazımdır ki, bütün insanların maraq dairəsini cəlb etsin və orada təhsil almağa gəlsinlər?”- deyə düşündük. Milli təhsil bizim üçün vacib məsələ idi. Ulu öndər Heydər Əliyev də milli təhsil məsələsini vacib hesab edirdi. O cümlədən, ölkə prezidenti İlham Əliyev "bizim assimilyasiya olunmamağımızda milli təhsil böyük rol oynayır. Hər bir millət öz adət-ənənəsini, tarixini və mədəniyyətini gözəl bilməlidir”- deyə millilik məsələsini önə çəkir. Hər iki böyük şəxsiyyətin fikirlərini fəaliyyətimizin əsas prinsipi hesab edərək "Mükəmməl milli təhsil amalımızıdır” devizi ilə işə başladıq. Beynəlxalq təhsilin mütərəqqi metodlarını milli təhsillə birləşdirməyə nail olduq. Biz ulu öndərin bizə miras qoyduğu Azərbaycanın gələcək qurucularını, hər bir ailənin arzuladığı vətəndaşı, Azərbaycan cəmiyyətinə gərəkli ola biləcək, dövlətimizi gələcəkdə müxtəlif istiqamətlərdə təmsil edə biləcək insanı yetişdirmək istəyirik”. S.Vəliyeva Kaspi liseylərinin ilk məzunlarını təbrik edərək onların taleyindən narahat olmadığını bildirdi: "Bu illər ərzində lisey şagirdlərinin qəlblərinə elə bir işıq və inam verə bildik ki, onlar müstəqil həyatda qətiyyətlə addımlayacaq və öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər”. Rəhbərlik etdiyi təhsil ocağının konsepsiyasından danışan təsisçi şagirdlərin milli olmaqla bərabər, beynəlxalq təhsilin müxtəlif istiqamətlərində yaşıdları ilə nəinki rəqabətə davamlı, hətta bir addım öndə olmalarının vacibliyini vurğuladı: "Biz qloballaşan dünyanın Azərbaycan vətəndaşını, hər birimizin arzuladığı gəncliyi yetişdirməyə çalışdıq. Bu həm də Azərbaycan təhsilinin inkişafının göstəricisidir”.
Qarşıya qoyulmuş hədəflərə doğru
Azərbaycanın özəl təhsil sektorunda kifayət qədər önəmli yer tutduqlarını deyən "Kaspi” Təhsil Şirkətinin direktoru Elnur Əliyev hesabat xarakterli çıxışı ilə təhsil müəssəsinin keçdiyi yoldan bəhs etdi: "Fəaliyyətimizin ilk açılış məqamı olan "Poliqlot” şöbəsi bir filialda fəaliyyətə başlamışdı. Bu gün artıq respublikanın bir neçə böyük şəhərini əhatə edərək 11 filialda "Kaspi”nin ingilis və rus dili dili kursları fəaliyyət göstərir. Hər il mindən çox məktəbli, tələbə və müxtəlif peşə sahibləri "Kaspi”nin ingilis dili kurslarının sertifikatını alırlar. Bu şöbə fəaliyyəti dövründə başqa xarici layihələrə də imza atıb. İngiltərənin məşhur məktəbləri – English National və Oksford English məktəbləri ilə birlikdə kurslar təşkil etmişik. "Avroviziya” günlərində çevik polis alayının 300 əməkdaşının dil bilgilərinin artırılmasına nail olmuşuq. O cümlədən Azercell şirkəti ilə birlikdə jurnalistlər üçün təşkil olunan kurslar çərçivəsində 6 il müddətində 100-dən çox jurnalistin ən aşağı səviyyədən yuxarı səviyyəyədək hazırlanmasına töhfə vermişik”.

Kaspi Abituriyent şöbəsinin uğurlarından danışan direktor 2008-ci ildə Kaspi Təhsil Şurasının qərarı ilə yaradılan şöbənin artıq uğurlara imza atdığını qeyd etdi: "Hər il minlərlə abituriyent "Kaspi”-nin bölgələrdə və Bakıda yerləşən kurslarında hazırlıq keçir və uğurli nəticə əldə edirlər. Bu illər ərzində 300-ə yaxın tələbə 600-dən yuxarı bal toplayaraq müxtəlif ali məktəblərə daxil olublar. Bu il "Kaspi” Təhsil Şirkətinin müəllimlərinin zəhmətinin bəhrəsi olaraq ilk 700 bal toplayan abituriyent Vahab Cəbrayılovun uğurunun şahidi olduq”.

Yüksək bal yığmaq üçün şirkətdə xüsusi istedad qruplarının təşkil edildiyini deyən E.Əliyev əsas məqsədin ən yüksək nəticələr əldə etməkdən ibarət olduğunu bildirdi. Həmçinin şirkətin məktəbəhazırlıq kursları hər il 100-ə qədər uşağı ibtidai siniflərə tam hazırlayır: "Bu kurslar açılandan bəri uşaqların məktəbə hazırlığı ilə bağlı coxlu işlər görülüb”.

E.Əliyev şirkətin önəmli sahələrindən olan Kaspi Global – xaricdə təhsildən danışaraq bildirdi ki, şöbə yerli tələbələrin xaricdə bütün dərəcələrüzrətəhsil almalarının təşkili ilə məşğul olur: "Bu şöbə xaricdə təhsilin təbliği ilə bağlı ölkədə kifayət qədər işlər görüb. Şöbənin açılmasında əsas məqsəd 2007-2015-ci illərdə xaricdə təhsillə bağlı Dövlət Proqramının icrasına dəstək olmaq idi. Xaricdə təhsillə bağlı əhalinin məlumatlılığı zəif idi. İndiyə qədər 6 beynəlxalq təhsil sərgisi təşkil etmişik ki, burada minlərlə azərbaycanlı tələbə xarici universitetlərin nümayəndələri ilə real şəkildə görüşərək məlumatlar alıb. 20-dən artıq ölkənin universitetləri ilə rəsmi partnyorluq müqaviləsi imzalamışıq və hər birinin ölkədə təqdimatını təşkil etmişik. Bu fəaliyyətlərlə xaricdə təhsil proqramına kifayət qədər yardım etmişik”. Direktor bildirdi ki, bu müddət ərzində 300-ə yaxın "Kaspi” tələbəsi xaricdə təhsil alıb və onlardan 100-dən çoxu təqaüd proqramları ilə oxuyub.
"Kaspi” təqaüdü təqdim olundu
E.Əliyev şirkətin ən böyük layihələrindən biri olan "Kaspi” liseylərinin fəaliyyətini yüksək dəyərləndirdi: "2014-cü ildə fəaliyyətə başlamış "Kaspi” Liseyi də ilk məzunlarını buraxıb. Liseylər 7 illik təcrübəmizin nəticəsi olaraq fəaliyyətə başladı. 3 illik təcrübəmizə görə alnımız açıqdır. Valideynlərin və şagirdlərin məmnunluğu, keyfiyyətli təhsil ona gətirib çıxardı ki, birinci ilin sonunda ikinci liseyi açmaq ehtiyacı yarandı”. Bu gün "Kaspi” liseylərində ciddi addımlar atıldığını deyən direktor hazırda təhsil müəssisəsinin bir qrup tələbəsinin Amerika Birləşmiş Ştatlarında beynəlxalq olimpiadada iştirak etdiyini bildirdi. E.Əliyev, həmçinin liseylərdə şagirdlərin sosial baxımdan irəliləməsi, əl qabiliyətləri və təxəyüllərinin inkişafı ilə bağlı müxtəlif əlavə dərnəklər, kurslar təşkil olunduğunu da qeyd etdi.

Direktor "Kaspi” bağçalarının özəlliyindən danışaraq qayğı və keyfiyyətli təhsilin birlikdə uğur yaratdığını söylədi: "Uşaqların milli ruhda tərbiyəsi və təxəyyülünün inkişafı üçün xüsusui proqramlar həyata keçirilir. Artıq bu ildən etibarən beynəlxalq uşaq bağçamız da fəaliyyətə başlayacaq”. E.Əliyev qeyd etdi ki, "Kaspi” öz keyfiyyətli təhsilini təmin etmək üçün xüsusi proqram üzrə dərsliklər, tədris resursları hazırlayır: "Bu, həm "Kaspi” şagirdləri, həm də bütün ictimaiyyət üçündür. "Kaspi” qəzeti ilə birgə layihələrimizdə bir çox mədəni-kütləvi, maarrifçilik yönümlü nəşrlərimiz olub ki, bu da bizim sosial məsuliyyətimizi dərk etməyimizdən xəbər verir. Həmçinin şirkətin elektron təhsil resurslari 3 ildir ki, yüksək keyfiyyətdə təqdim olunur”. Direktor şirkətin nailiyyətlərinin əsasında "Kaspi”nin sədaqətli, zəhmətkeş və savadlı komandasının durduğunu vurğuladı: "Bu komanda təsisçimizin köməyi ilə daim qarşıya qoyulmuş hədəflərə doğru can atır. Belə bir komanda ilə daha böyük nailiyyətlər əldə edə biləcəyik”.

Tədbirdə "Kaspi” abituriyent kurslarında thsil alaraq 700 bal toplayan tələbə Vahab Cəbrayılova xüsusi mükafat verildi. O, həmçinin yeni təsis olunmuş "Kaspi” təqaüdünə də layiq görüldü. Tədbirdə "Kaspi” liseylərinin beynəlxalq olimpiada və yarışlarda qalib gələn şagirdlərinə də mükafatlar təqdim olundu.

Daha sonra "Kaspi” liseylərinin incəsənət dərnəyinin şagirdləri tərəfindən hazırlanmış kompozisiyalar, rəqslər və səhnəciklər nümayiş olundu, xor dərnəyinin ifasında mahnılar səsləndi.

Kaspi Təhsil Şirkətinin 10 illik tarixini əks etdirən video-çarxın nümayişi böyük maraqla qarşılandı.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər