• cümə, 19 Aprel, 15:32
  • Baku Bakı 25°C

“Kaspi” qəzeti Ali Media Mükafatına layiq görülüb

22.07.15 21:16 2450
“Kaspi” qəzeti Ali Media Mükafatına layiq görülüb
Bu gün Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə bağlı keçirilən təntənəli tədbirdə Mətbuat Şurasının Ali Media Mükafatı təqdim olunub.
APA-nın məlumatına görə, Ali Media Mükafatının birincisi dərəcəsi üzrə qalib “Kaspi” qəzeti elan edilib.
Mükafat qəzetin baş redaktoru İlham Quliyevə təqdim olunub.
Qeyd edək ki, Ali Media Mükafatının ikinci dərəcəsinə “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli, Ali Media Mükafatının üçüncü dərəcəsinə isə “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin layiq görülüblər.
banner

Oxşar Xəbərlər