• cümə axşamı, 18 aprel, 18:17
  • Baku Bakı 21°C

“Kaspi nəşrləri”ndən yeni kitab

25.11.19 15:41 870
“Kaspi nəşrləri”ndən yeni kitab
Bu günlərdə Fərid Hüseynin "Kaspi nəşrləri” seriyasından "Sevdiyim əsər” adlı kitabı nəşr olunub. Kitabda dünya və Azərbaycan ədəbiyyatının şah əsərləri haqqında seçkin söz və fikir adamlarının müsahibələri toplanıb. Toplu Azərbaycan ədiblərinin dünya ədəbiyyatına, ən çox sevdikləri əsərlərə münasibətlərini aydınlaşdırır, həmin əsərlər əhatəli şəkildə təhlil olunur. 101 müsahibənin cəm olduğu kitabda 100-ə qədər əsərdən söhbət gedir.
Qeyd edək ki, "Kaspi nəşrləri” seriyasının rəhbəri və redaktoru filologiya elmləri doktoru Sona Vəliyevadır. Kitabın rəyçiləri akademik, millət vəkili, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli və akademik, millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərovdur. Kitabın Ön sözünün müəllifi professor, Bakı Dövlət Universitetinin "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasının müdiri Cahangir Məmmədlidir. "Zərdabi” nəşriyyatında çap olunan kitabın redaktorları isə Natiq Muxtarlı və Günel Şamilqızıdır.

Kitabda "Koroğlu”, "Kitabi-Dədə Qorqud” dastanları, Uliyam Şekspirin "Hamlet”, Migel de Servantesin "Lamançlı Don Kixot”, Daniel Defonun "Robinzon Kruzo”, Viktor Hüqonun "Səfillər”, Lev Tolstoyun "Hərb və sülh”, "Dirilmə”, "Anna Karenina”, "Hacı Murad”, "Sergi ata”, İvan iliçin ölümü”, Fyodor Dostoyevskinin "Cinayət və Cəza”, "İdiot”, "Gülməli adamın yuxusu”, Anton Çexovun "Cərrahlıq”, "Rotşildin skripkası”, Mixail Şoloxovun "Sakit Don”, "İnsanın taleyi”, Mixail Bulqakovun "Master və Marqarita”, Andrey Platonovun "Can”, Cek Londonun "Martin İden”, Knut Hamsunun "Pan”, Frans Kafkanın "Çevrilmə”, Dino Busattinin "Tatar çölü”, İvo Andriçin "Drina körpüsü”, Aleksandr Dümanın "Qraf Monte-Kristo”, Alber Kamyunun "Yad”, "Kaliqula”, Joze Saramaqonun "İsanın incili”, "Korluq, "Təxirə salınmış ölüm”, Etel Lilian Voyniçin "Ovod”, Ziqfrid Lentsin "Gözəgörünməz qonşu”, Corc Oruelin "1984”, Orxan Pamukun "Mənim adım qırmızı”, "Qara kitab”, "Yeni həyat”, Qreqori Devid Robertsin "Şantaram”, Xuan Rulfonun "Pedro Paramo”, Xorxe Luis Borxesin "Qum kitabı”, Qabriel Qarsiya Markesin "Yüz ilin tənhalığı”, "Gözəlnilən bir qətlin tarixçəsi”, Ernest Heminqueyin "Qoca və dəniz”, Əbu Həmid Əl Qəzalinin "Səadət iksiri”, Emil Zolyanın "Meyxanə”, Erix Maria Remarkın "Üç yoldaş”, Herman Hessenin "Yalquzaq”, Çingiz Aytmatovun "Gün var əsrə bərabər”, "Əbədi gəlin”, Avqust Yuhan Strinberqin "Tənha”, Con Faulzun "Fransız generalının qadını”, Devid Selincerin "Çovdarlıqda uçurumdan qoruyan”, Xalid Hüseynin "Çərpələg uçuruan”, "Milan Kunderanın "Ölümsüzlük”, Jül Renarın "Gündəlik”, İsmail Kadarenin "Ölü ordunun generalı”, Samuel Bekketin "Qodonun intizarında”, "Malon ölür”, Con Steyberqin "Siçanlar və adamlar”, Harriyyet Biçer-Stonun "Tom dayının daxması”, Səbahəddin Əlinin "Xəz mantolu madonna”, Haynrix Bölün "O illərin çörəyi” əsərlərindən danışılıb.
banner

Oxşar Xəbərlər