• şənbə, 20 Aprel, 02:14
  • Baku Bakı 15°C

Kaspi Abituriyent Kurslarının yüksək bal toplayan məzunları - Fotolar

12.08.16 16:14 10620
Kaspi Abituriyent Kurslarının yüksək bal toplayan məzunları - Fotolar
Kaspi Təhsil Şirkətinin nəzdində fəaliyyət göstərən Kaspi Abituriyent Kursları hər zaman yüksək nəticələrlə ictimaiyyət qarşısına çıxıb, daim yüksək pillədə qalmağı bacarıb. Kaspi Abituriyent Kurslarında təhsil almış abituriyentlərin sayəsində mərkəzin 2015/2016-cı tədris ilinin qəbul göstəriciləri də çox yüksək olub. Təhsil mərkəzinin uğurlarını statistik rəqəmlərlə ifadə etsək, bu il sözügedən tədris ocağında hazırlaşan şagirdlərdən 25 faizi 600-dən, 40 faizi 500-dən yuxarı bal toplayıb, orta bal göstərici isə 450 baldan yuxarı olub. Bu uğurlar "şagird, valideyn və müəllim” üçlüyünün mütəmadi olaraq qarşılıqlı ünsiyyətdə olması, şagirdin real bilik səviyyəsi haqqında həm özünün, həm də onun valideyninin dəqiq məlumatlandırılmasının nəticəsində mümkün olub. Eyni zamanda mərkəzin abituriyentlər üçün təşkil etdiyi çoxsaylı sınaqlar, fərqli tədris metodları, hər şagirdə fərdi yanaşma da sonda öz müsbət nəticəsini göstərib. Kaspi Abituriyent Kurslarında təhsil almış və bu il keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazananların bir qismini sizlərə təqdim edirik.


Tural Məmmədov, 691 bal, Azərbaycan Dövlət Tibb Universiteti (ADTU), Müalicə işi: "Orta məktəbin 9-cu sinfində təhsil alandan Kaspi Abituriyent Kurslarına müraciət etdim, imtahan verdim və burada hazırlıqlara başladım. Dərslər yüksək səviyyədə keçirilir, hər həftənin sonunda və ayın sonunda sınaq imtahanları təşkil edilirdi. Bu imtahanlar hazırlıq və bilik səviyyəmin müəyyən edilməsində, hansı fəndən hansı səhvlərimin olmasını aşkarlamaqda yardımçı olurdu. Kursdakı müəllimlərin də köməyi ilə yol verdiyim səhvləri aradan qaldırmaq üçün daha çox çalışır və növbəti dəfə bu səhvə yol vermirdim. Beləliklə get-gedə özümdə irəliləyiş olduğunu görürdüm. Bu da mənim özümə inamımı daha da artırır, qəbul imtahanlarında yüksək nəticə göstərəcəyimə böyük ümid yaradırdı. Qəbul imtahanında göstərdiyim nəticə ilə həm bu ümidləri, həm də müəllimlərimin mənə olan inamını doğrulda bildim”.

Rəhim Həşimov, 682 bal, Bakı Ali Neft Məktəbi, Proseslərin avtomatlaşdırılması: "Orta məktəbin 9-cu sinfini bitirdikdən sonra hazırlıq kurslarına müraciət etməyi, dərslərimlə paralel olaraq hazırlaşmağı da qarşıma məqsəd qoydum. Bu münasibətlə bir çox hazırlıq kursları ilə maraqlandım. Sonda Kaspi Abituriyent Kurslarının Əhmədlidəki filialında hazırlıqlara başlamaq qərarına gəldim. Buradakı şərait, mühit, müəllim-şagird rəftarı və sair kimi müsbət keyfiyyətlər seçimimin qətiləşməsinə böyük təsir etdi. Hazırlıq müddətində dərs prosesi, sınaq imtahanları, sualların mürəkkəbliyi, asan tapşırıqlarla bərabər, çətinlərin də öyrədilməsi, hətta başa düşə bilmədiyim tapşırıqların müəllimlər tərəfindən böyük həvəs və yüksək səbirlə izah edilməsi seçimimdə yanılmadığımı bir daha sübut elədi. Hazırlıqdakı müəllimlərimiz hər bir abituriyentə fərdi yanaşır, onu maraqlandıran sualları ətraflı izah edirdilər. Onlara istədiyimiz qədər sual verir, əlavə dərs günləri də müəyyən edərək bilmədiklərimizi müəllimlərimizdən öyrənirdik. Öyrənmək, bilmək istəyim, çalışqanlığım, ən nəhayət, hazırlıq müəllimlərimin əməyi sayəsində qəbul imtahanında yaxşı nəticə göstərə və tələbə adını qazana bildim”.

Emil Ağayev, 677 bal, ADTU, Müalicə işi: "Hələ balaca yaşlarımdan həkim olmaq istəyirdim. Orta məktəbdə oxuyanda bu arzumu reallaşdırmaq həvəsim daha da artdı. Ona görə də 10-cu sinifdə oxuyandan Kaspi Abituriyent Kurslarına müraciət etdim. Kurslarda hazırlaşmaq üçün imtahan verdim, yüksək nəticə göstərdiyim üçün qəbul olundum. Elə həmin vaxtdan da müəyyən edilmiş qaydada hazırlıqlara başladım. Savadlı, bilikli, həddən artıq səbirli müəllim heyəti biz abituriyentlərə hər bir dərsi ətraflı şəkildə başa salır, bilmədiklərimizi, başa düşmədiklərimizi yorulub-usanmadan təkrar-təkrar izah edirdilər. Müəllim-şagird münasibətləri ilə bərabər, onlar bizə dost kimi də yanaşır, mənəvi dəstək olurdular. Hər ay təşkil edilən sınaq imtahanlarında yaxşı nəticə göstərənlərə Kaspi Təhsil Şirkəti tərəfindən hədiyyələr verilir, abituriyentlər üçün əlavə stimul yaradırdılar. Dərslərlə yanaşı, hazırlıqdakı abituriyentlər və müəllimlərlə birlikdə gəzintilər də təşkil edilirdi. Hətta hazırlıq kursunda bir il hazırlaşdıqdan sonra təşkil edilən növbəti sınaq imtahanında ən yüksək nəticə göstərdiyim üçün mənə heç bir ödəniş etmədən hazırlaşmaq imkanı yaradıldı. Beləliklə növbəti bir il ərzində heç bir vəsait ödəmədən Kaspi Abituriyent Kurslarında 5 fənn üzrə hazırlaşdım. Burada hər bir incəlik nəzərə alınaraq təşkil edilən təhsil – hazırlıq sayəsində biliklərimi daha da artırdım, qəbul imtahanında yüksək nəticə göstərdim və uşaqlıq arzumu gerçəyə çevirdim”.


Fidan Süleymanlı, 670 bal, ADA (Azərbaycan Diplomatik Akademiyası) Universiteti, Biznesin idarə olunması: "İki il bundan öncə Kaspi Abituriyent Kurslarında hazırlıqlara başladım. O zaman məhz Kaspi kurslarını müəllim kollektivinə, buradakı hazırlıq şəraitinə görə seçmişdim. Ünsiyyətdə olduğum bir çox insanlar, o cümlədən vaxtilə burada hazırlaşan, ali məktəbə qəbul olan tanış tələbələr də mənə məhz buranı məsləhət görmüşdülər. Bu gün qəbul imtahanlarında əldə etdiyim nəticəni əsas götürsək, vaxtilə etdiyim seçimdən peşman deyiləm. Hazırlıq müddətində Kaspi Abituriyent Kurslarının digər fərdi hazırlıq kurslarından üstün olduğunu dəfələrlə müşahidə etmişəm. İnsan üçün ən dəyərli olan vaxtdır. Kaspi kurslarında vaxt itkisinin qarşısını almaq üçün xüsusi proqram əsasında, müəyyən olunmuş qaydada hazırlıqlar keçirilir. Bu da abituriyentin həm dərsi yetərincə mənimsəməsinə səbəb olur, həm də dərs yükü yorğunluğunun qarşısını alır, ruh düşkünlüyü yaratmır. Kursda nəinki bizə dərs deyən müəllimlərə, eləcə də digər müəllimlərə istənilən vaxt istənilən sualla müraciət etmək mümkündür. Hər bir müəllim öz sahəsi üzrə bizim ünvanladığımız sualları ətraflı cavablandırır, bilmədiklərimizi dərindən öyrədirdilər. Bundan başqa, hər həftənin və ayın sonunda təşkil edilən sınaq imtahanlarında yeni və çətin suallar salınırdı. Bu da hazırlıqdakı abituriyenti məcbur edirdi ki, öz üzərində daha çox işləsin. Fikrimcə, əgər sınaq imtahanlarında asan suallar olardısa, bu, bizlərdə bir arxayınlıq yaradar, qəbul imtahanında yüksək göstərici əldə etməyimizlə nəticələnməzdi”.

Pərvanə Bağırova, 668 bal, Azərbaycan Dillər Universiteti, Tərcüməçilik: "Kaspi Abituriyent Kurslarının Əhmədlidəki filialında iki il davamlı şəkildə hazırlığa getdim. Buranı internet üzərindən axtarış edib tapmışdım. Ətrafımdakı insanların tövsiyələrini də nəzərə alıb məhz buranı seçdim. Buradakı səmimi abu-hava, müəllim-şagird münasibəti, həftəsonu və ayın tamamında sınaq imtahanlarının keçirilməsi həm biliklərimizi daha da zənginləşdirməyə səbəb oldu, həm də əsas qəbul imtahanında həyəcandan əsər-əlamət qoymadı və mən yüksək nəticə göstərə bildim”.


Ülvi Kərimli, 665 bal, Qafqaz Universiteti, Maliyyə: "Orta məktəbdə oxuduğum müddətdə biliyimin yetərli olmadığı qənaətinə gəldim və əlavə hazırlıq kursu axtarmağa başladım. İnternet üzərindən, eləcə də dost-tanış vasitəsilə araşdırdım. Ünsiyyətdə olduğum tanışlarım mənə Kaspi Abituriyent Kurslarını məsləhət gördülər. Mən də bu kursların Nərimanov filialına müraciət etdim, orta məktəbin sonuncu ilində paralel olaraq burada hazırlaşdım. Müəllimlərin hər biri fərdi olaraq çox güclü-savadlı idilər və öz bildiklərini bizlərə həvəslə öyrədir, başa salırdılar.


Vaqif Nuriyev, 664 bal, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası, İqtisadiyyat: "Kaspi Abituriyent Kurslarında 3 il ərzində hazırlıq keçmişəm. Kursdakı müəllimlərin işinə həvəslə yanaşması, hər bir sualımızı ətraflı izah etməsi, abituriyentlərin də öz üzərində məsuliyyət hiss etməsi sonda belə bir nəticəyə gətirib çıxardı. Dərs müddətində müəllimlərimizə biz abituriyentlər günün istənilən vaxtı suallarımızı ünvanlaya bilirdik. Hətta evdə olduğumuz zamanlarda telefonla, internet üzərindən, sosial şəbəkə və votçap vasitəsilə də başa düşmədiyimiz mövzu, tapşırıq barədə onlara suallar verirdik. Müəllimlərimiz də səbir və təmkinlə, ətraflı şəkildə sualımızı cavablandırır, başa düşmədiklərimizi ətraflı izah edirdilər”.

Yazının əvvəlində qeyd edildiyi kimi, fikirlərini verdiklərimiz Kaspi Abituriyent Kurslarında təhsil almış və bu il keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazananların yalnız bir qismidir. Onu da əlavə edək ki, Kaspi Təhsil Şirkətinin nəzdindəki Kaspi Abituriyent Kurslarını bu il bitirənlərin 95 faizi müxtəlif ali məktəblərə qəbul olublar.
Hazırladı: Rufik İSMAYILOV
Fotolar müəllifindir

banner

Oxşar Xəbərlər