Kaspi Abituriyent Kursları əyani və onlayn fəaliyyətdə
Kaspi Təhsil
Şirkətinin (KTŞ) Abituriyent Hazırlığı kursları sentyabrın 9-dan əyani dərslərə
başlayıb. 7 filialda –Bakıdakı
5 filialda
(Elmlər, Əhmədli, Nərimanov, Xətai və Bayıl filiallarında), Gəncə və Sumqayıt şəhərlərindəki hazırlıq mərkəzlərində Azərbaycan və rus bölmələrinin IX,
X, XI sinif şagirdləri və ötənilki məzunlar bütünixtisas qrupları üzrə hazırlıq keçə bilirlər. Digər hazırlıq kurslarından fərqli olaraq, dərslər əyani
olmaqla bərabər onlayn platformada da tədris olunur.
Həmçinin "Kaspi Youtube”
kanalı təkmilləşdirilməklə fəalyyətini davam etdirir. Kaspi Abituriyent kursları üzrə akademik rəhbər Rəsul Ağayevin verdiyi
məlumata görə, abituriyentlər bu platformadan da faydalana biləcəklər. Eyni
zamanda, KaspiTest.com onlayn platforması abuturyentlərin istifadəsindədir: "Bu
platformada qeydiyyatdan keçməklə şagirdlər öz bilik və bacarıqlarını Buraxılış
və Qəbul imtahanları formatında qiymətləndirə bilirlər. Onlar imtahandan dərhal
sonra isə nəticələri ilə tanış olurlar”. Qeyd edək ki, bu platforma vasitəsilə
Azərbaycanda ilk dəfə olaraq situasya (açıq) tipli sualların da işlənib
yoxlanması mümkün olacaq.
Abituriyent
Hazırlığı Kurslarına qəbul davam edir.