• cümə, 29 Mart, 05:04
  • Baku Bakı 7°C

Kaspi Ağ Şəhər Liseyi dərslərə start verdi

15.09.20 10:07 758
Kaspi Ağ Şəhər Liseyi dərslərə start verdi
Sentyabrın 15-də Kaspi Ağ Şəhər Liseyi qapılarını yenidən şagirdlərin üzünə açdı. Lisey COVİD-19 pandemiyasının təhsil sahəsində yaratdığı uzun fasilədən sonra 2020-2021-ci tədris ilinə start verdi. Bu gün təhsil müəssisəsində I-IV siniflərin şagirdləri parta arxasına keçdilər. Təhsil müəssisəsində tədris bütün ümumtəhsil məktəblərində olduğu kimi Hibrid model üzrə həftədə iki dəfə əyani, 3 dəfə distant (məsafədən) keçiriləcək. Dərslər I-IV günlər rus bölməsi, II-V günlər Azərbaycan bölməsi üzrə tədris olunacaq.
Liseyin direktoru Səbinə Əliyeva təhsil müəssisəsində xüsusu karanrin rejimi qaydalarına tam əməl olunduğunu bildirdi: "Uşaqların sağlamlıq və təhlükəsizlik məsələsi bizim üçün hər şeydən önəmlidir. Hətta onlar məktəbə gələnə qədər ünsiyyətdə olduqları insanları, əhatə olunduqları mühiti də öyrənirik ki, digər uşaqlar üçün virusa yoluxma ilə bağlı hər hansı təhlükə yaranmasın. Məktəbdə Nazirlər Kabinetinin və Operativ Qərargahın qayda və qərarlarına, eləcə də Təhsil Nazirliyinin təlimatlarına maksimum əməl etməyə çalışırıq. Gigiyena qaydalarına əməl olunması, yeməyin necə paylanması, fasilələrdə dezinfeksiya tədbirlərinin həyata keçirilməsi məsələlərinə diqqət yetirilir. Müəllimlər qaydalarla bağlı tam məlumatlanıb”. Tədrisin Hibrid modelinə gəlincə, direktor bildirdi ki, keçən tədris ili məktəbin müəllimləri üçün böyük təcrübə olub: "Zoom proqramı üzrə dərslərimiz yüksək səviyyədə keçdi. Mən həmişə müəllimlərə deyirəm ki, siz dərsi uşağa deyil, bütün ailəyə keçirsiniz. Yəni bu proqramla tədris zamanı uşağın valideynləri, baba-nənəsi də iştirakçı ola bilər. Proses zamanı müəllimlər böyük təcrübə qazandlar. Bütün videodərslərimiz hazırdır. Təlimatlara uyğun olaraq şagirdlərə 2 gün əyani, 3 gün distant (məsafədən) dərslər keçiləcək. Əyani dərslərdə daha vacib fənlərə və mövzulara, distant dərslərdə isə onları tamamlama kimi nisbətən asan mövzulara və fənlərə vaxt ayıracağıq”.
Direktor şagirdlərin həftədə iki dəfə dərsə gəlmələrini də onların təhsilində irəliləyiş kimi dəyərləndirir: "Şagirdlər iki gün də dərsə gəlsələr məktəb ab-havası onlar üçünəhəmiyyətli olacaq. Bu, onlarda məktəbə həvəsi artıracaq və məsuliyyət hiss edəcəklər. İnşallah, tezliklə əvvəlki tədris illərində olduğu kimi normal ab-havaya qayıdarıq. Ümid edirəm ki, gərgin qrafiklə də işləsək çətinliklərin öhdəsindən gələcəyik”.
Qeyd edək ki, ilk dərs günündə müəllimlər dərs zamanı şagirdlərə COVID-19 pandemiyası ilə əlaqədar məktəblərdə davranış qaydaları, təhsilalanların sağlamlıqlarını qorumaları üçün şəxsi gigiyena qaydalarına ciddi riayət etmələri barədə geniş məlumatlar veriblər. Həmçinin məktəblilərə koronavirus infeksiyasından qorunmaq üçün digər insanlarla ünsiyyətdə olarkən sosial məsafəni gözləmələri, əllərini tez-tez və qaydalara uyğun yumaları, başqalarının əşyalarına toxunmamaları, sinfi və məktəbi təmiz saxlamaları, kütləvi toplaşmaqdan çəkinmələri barədə müvafiq tövsiyələr verilib.
banner

Oxşar Xəbərlər