Kasilyas Messinin iranlı oxşarı ilə
"Portu”nun qapıçısı İker Kasilyas Küveytdə istirahət edir.
Kaspi.az xəbər verir ki, Kasilyas orda Lionel Messinin iranlı oxşarı
Reza Parasteşlə rastlaşıb. Sabiq "Real”lı Reza ilə şəkil çəkdirərək, onu sosial
şəbəkədə paylaşıb.
Ancaq şəkildə bir məqam diqqəti cəlb edib. Kasilyas Messinin oxşarı
ilə şəkil çəkdirərkən, əlində "Real”ın formasını tutub.