• cümə, 29 Mart, 12:03
  • Baku Bakı 14°C

Karl Kulessa: "Azərbaycan ailəsi həmişə uzunömürlülüyü və möhkəmliliyi ilə seçilib"

09.06.16 12:44 1138
Karl Kulessa: "Azərbaycan ailəsi həmişə uzunömürlülüyü və möhkəmliliyi ilə seçilib"
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə regional direktoru Karl Kulessa ilə görüş olub.
Görüş zamanı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək uşaqların müdafiəsinin gücləndirilməsi, onların hüquqlarının təmin edilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, Azərbaycanda ailə dövlət dəstəyi ilə tam təmin olunur.
Komitə sədri ailə institutunun cəmiyyətdəki mövqeyinin daha da möhkəmləndirilməsi, ailələrin rifah halının yaxşılaşdırılması, möhkəm təməli olan ailə ənənələrimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirləri də diqqətə çatdırıb.
Karl Kulessa isə bildirib ki, Azərbaycan ailəsi həmişə uzunömürlülüyü və möhkəmliliyi ilə seçilib. Bu, əsasən milli mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasından, müasir dövrə uyğunlaşdırılmasından irəli gəlir. O qeyd edib ki, dövlət ailə siyasəti Azərbaycan hökumətinin diqqətində olan mühüm məsələlərdən biridir.
Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi və həyata keçiriləcək layihələrin müzakirəsi aparılıb.
banner

Oxşar Xəbərlər