AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Karantini pozaraq cərimələnən sürücülərin sayı məlum oldu

Karantini pozaraq cərimələnən sürücülərin sayı məlum oldu

Kriminal
27 Aprel 2020, 10:52 312
Baş Dövlət Yol Polisi İdarəsi xüsusi karantin rejiminii pozaraq cərimələnən sürücülərin sayını açıqlayıb.
İdarədən verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 26.04.2020-ci il saat 00:00-dan 27.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1397 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 41404 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.