• çərşənbə axşamı, 16 aprel, 22:33
  • Baku Bakı 18°C

Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? - Qısa İZAH

16.01.21 14:15 380
Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? - Qısa İZAH
Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimi ilə bağlı məlumat yayıb.
Kaspi.az xəbər verir ki, karantinin rejiminin yumşaldılmasına başlanılıb.
Qərarları qısa variantda təqdim edirik:
Karantin rejiminin müddətinin aprelin 1-dək uzadılıb
18 yanvardan SMS və portaldan icazə ləğv olunur
Bərbərlər, mağazalar 25 yanvardan, restoranlar isə 1 fevraldan işləyəcək
İctimai nəqliyyat həftəsonları işləməyəcək. (Ən azı aprelin 1-dək)
Metro işləməyəcək
"Mallar", iri ticarət mərkəzləri işləməyəcək
Təhsil ocaqları, kurslar və s. hələ ki, işləməyəcək. (Gələn həftə bunla bağlı brifinq olacaq)
Maskadan istifadə məcburidir.
18 yanvardan vaksinaisya başlayır
Fevralın 1-dən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılacaq
Rayonlara gediş-gəliş 25 yanvardan bərpa olunur.
banner

Oxşar Xəbərlər