AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Karantin qaydalarını pozaraq ad günü keçirənlər cərimələnib

Karantin qaydalarını pozaraq ad günü keçirənlər cərimələnib

Kriminal
11 Avqust 2020, 17:24 595
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinə rayonun Qaraməmmədli kəndindəki kafelərin birində ad günü qonaqlığı keçirilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejiminin qaydalarının pozulduğu aşkar edilib. Mərasim dayandırılıb və orada olanlardan 9 nəfər polis şöbəsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.