• cümə, 29 Mart, 02:29
  • Baku Bakı 7°C

Karantin qaydalarını pozan idman zalı aşkarlanıb

24.02.21 17:15 564
Karantin qaydalarını pozan idman zalı aşkarlanıb
Mingəçevir şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən idman zalı aşkar olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundanKaspi.az-a verilən məlumata görə,Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı 20 Yanvar küçəsində yerləşən "Herakl” idman zalının işlədiyi və içəridə müştərilərin olduğu müəyyən edilib. İcarədar, Yevlax rayon sakini Natiq İsmayılov xüsusi karantin rejimi qaydalarını pozduğu üçün Polis Şöbəsinə gətirilib.
Onun barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə həmin şəxs 8 gün müddətinə inzibati qaydada həbs edilib.
Qeyd edək ki, bir müddət əvvəl də polis əməkdaşlarının xüsusi karantin rejimi qaydalarının təmin olunması məqsədilə keçirdikləri nəzarət tədbirləri zamanı həmin idman zalının qaydaları pozaraq işlədiyi müəyyən olunub və N.İsmayılova ciddi xəbərdarlıq edilməklə barəsində cərimə protokolu tərtib edilib.
banner

Oxşar Xəbərlər