• şənbə, 27 Aprel, 03:50
  • Baku Bakı 14°C

Karantin qaydalarını pozan daha 1 720 sürücü cərimə edilib

18.05.20 15:22 902
Karantin qaydalarını pozan daha 1 720 sürücü cərimə edilib
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 15.05.2020-ci il saat 00:00-dan 18.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 720 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumatda bildirilir ki, ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 55678 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
banner

Oxşar Xəbərlər