• cümə, 29 Mart, 09:38
  • Baku Bakı 5°C

Karantin postlarından keçmək istəyən 900 avtomobil geri qaytarıldı

22.06.20 11:30 769
Karantin postlarından keçmək istəyən 900 avtomobil geri qaytarıldı
İyunun 21-də karantin postlarından Bakıya girişə və çıxışa cəhd edən 900 avtomobil saxlanılaraq geri qaytarılıb.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, rayonlardan gələn və Bakıya daxil olmağa çalışan 550 avtomobil rayonlara, Bakıdan rayonlara getmək istəyən 350 avtomobil isə postlardan geri qaytarılıb.
Xatırladaq ki, Nazirlər Kabineti iyunun 21-i saat 00:00-dan iyulun 5-i saat 06:00-a qədər Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeron ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar qəbul edib.
banner

Oxşar Xəbərlər