• çərşənbə axşamı, 16 aprel, 16:17
  • Baku Bakı 19°C

Karantin keçid postlarından 325 avtomobil geri qaytarılıb

09.07.20 14:15 810
Karantin keçid postlarından 325 avtomobil geri qaytarılıb
İyulun 8-də karantin keçid postlarından 300-dən çox avtomobil geri qaytarılıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindənbildiriblər ki, iyulun 8-də saat 00:00-dan iyulun 9-u saat 00:00-dək olan müddət ərzində Bakı-Quba yolunun 52-ci kilometrliyində yerləşən karantin keçid postundan 20-si rayon, 35-i paytaxt istiqamətinə olmaqla 55, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrliyində yerləşən postdan 25-i rayon, 65-i paytaxt istiqamətinə olmaqla 90, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrliyində yerləşən keçid postundan 115-i rayon, 65-i paytaxt istiqamətinə olmaqla 180 avtomobil geri qaytarılıb. Ümumilikdə 325 nəqliyyat vasitəsilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
banner

Oxşar Xəbərlər