• cümə, 29 Mart, 18:32
  • Baku Bakı 14°C

Kapitan: "Azərbaycan yığması səhvlərimizdən maksimum yararlandı"

30.09.17 15:15 2209
Kapitan: "Azərbaycan yığması səhvlərimizdən maksimum yararlandı"
"Azərbaycanla oyuna sona qədər mübarizə aparmaq məqsədi ilə çıxmışdıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri voleybol üzrə Almaniya yığmasının oyunçusu Maren Fromm deyib.
Bundestim Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatı ilə vidalaşıb. ¼ finalda Azərbaycan millisi ilə üz-üzə gələn almanlar 0:3 hesablı məğlubiyyətə məruz qalıblar.
Görüşü dəyərləndirən Fromm yığmamızla matçda əllərindən gələni etdiklərini bildirib. Bundestimin kapitanı qitə birinciliyinin almaniyalı voleybolçulara böyük təcrübə qazandırdığını əlavə edib: "Avropa çempionatının bütün görüşlərində sona qədər mübarizə apardıq. Azərbaycanla matçda da bunu təkrarladıq. Problem onda oldu ki, çoxlu səhvlər buraxdıq. Rəqib də bundan maksimum yararlandı. Düşünürəm ki, Avropa çempionatında iştirak gənc oyunçularımız üçün yaxşı təcrübə oldu. Onlar növbəti qitə birinciliyinə kimi daha da inkişaf edəcəklər”.
banner

Oxşar Xəbərlər