• cümə axşamı, 28 mart, 21:23
  • Baku Bakı 13°C

Kapello deyir ki, yığmanı mən yox, o çalışdırmalıdır

13.11.17 11:50 1080
Kapello deyir ki, yığmanı mən yox, o çalışdırmalıdır
İtaliya yığmasının sabiq baş məşqçisi Fabio Kapello milli komanda DÇ-2018-ə vəsiqə qazanmayacağı təqdirdə, baş verəcək dəyişikliklər barədə danışıb.
Kaspi.az xəbər verir ki, hazırda Çinin "Tsyansu Snin” klubunu çalışdıran Kapello yığmanın mundiala vəsiqə qazanmayacağının faciə olacağını deyib. O, milli komandanı özünün yox, Karlo Ançelottinin çalışdırmalı olduğunu bildirib:
"İtaliya yığmasına başçılıq etmək? Mən artıq yığma ilə bağlı öz borcumu yerinə yetirmişəm. Karlo Ançelotti isə hazırda elə yaşdadır ki, yığmaya başçılıq etməlidir. Onun əla təcrübəsi də var. Bu post ona uyğun gəlir.
İtaliya yığması mundiala vəsiqə qazanmasa, bu, faciə olacaq. 1958-ci ildə final mərhələsinə vəsiqə qazana bilməməyimizi güclə xatırlayıram. Onda mənim 12 yaşım vardı. Çində işləməyimə baxmayaraq, gecə saat 3-də oyanıram ki, yığmanın oyununa baxım”.
İtaliya pley-offun ilk qarşılaşmasında İsveçə məğlub olub - 0:1.
banner

Oxşar Xəbərlər