• çərşənbə, 24 Aprel, 23:52
  • Baku Bakı 23°C

Kanada Rusiya, Çin, İran və KXDR-i əsas kibertəhlükə mənbəyi hesab edir

19.11.20 11:15 365
Kanada Rusiya, Çin, İran və KXDR-i əsas kibertəhlükə mənbəyi hesab edir
Kanadanın Rabitə Təhlükəsizliyi Mərkəzi kibertəhlükəsizlik baxımından ən böyük təhdidin Rusiya, Çin, İran və KXDR tərəfindən olunduğunu bildirib.
APA"Reuters”ə istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı hesabatda deyilir.
Bildirilir ki, bu ölkələr Kanadanın energetika sistemini məhv etmək üçün kiberməkandan istifadə etməyə çalışırlar.
"Hesab edirik ki, Çin, Rusiya, İran və Şimali Koreyanın hökumət tərəfindən dəstəkləndiyi ehtimal olunan proqramları ayrı-ayrılıqda kanadalılar və təşkilatlar üçün ən böyük kiberhücum mənbəyidir”, - deyə qurumun hesabatında qeyd olunub.
Qeyd edilir ki, xarici təcavüzkarlar kiberməkandan, həmçinin Kanada təşkilatlarına və dövlət qurumlarına sızmaq üçün də istifadə edə bilərlər.
banner

Oxşar Xəbərlər