• cümə axşamı, 28 mart, 21:44
  • Baku Bakı 13°C

Kamran Əliyev: "Mənzil-tikinti sahəsi ilə bağlı şikayətlərin sayı azalıb"

16.01.17 13:40 887
Kamran Əliyev: "Mənzil-tikinti sahəsi ilə bağlı şikayətlərin sayı azalıb"
"Ötən il mənzil-tikinti sahəsi ilə bağlı şikayətlərin sayı azalıb".APA-nın xəbərinə görə, bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2016-cı il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, 2016-cı ildə valyuta mübadilə qaydalarının pozulması ilə bağlı 12 iş icraata verilib.
K. Əliyev qeyd edib ki, 2016-cı ildəBaş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinəDövlət Təhlükəsizliyi Xidmətindən 14, Ədliyyə Nazirliyindən 7, Daxili İşlər Nazirliyindən 15, Vergilər Nazirliyindən 48, Dövlət Sərhəd Xidmətindən 4, Baş prokurorluqdan 5, rayon prokurorluqlarından 64, yerli məhkəmələrdən 37, Maliyyə Nazirliyindən 15, Kənd Təsərrüfatı Nazirliyindən 6, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 4, Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən 9, İqtisadiyyat Nazirliyindən 15, müxtəlif banklardan 23, özəl sektordan 51, Dövlət İmtahan Mərkəzindən 5, bələdiyyərlə bağlı 23 müraciət daxil olub. Edilmiş müraciətlər əsasında cinayət işlərinin başlanması təmin edilib.
banner

Oxşar Xəbərlər