• cümə, 29 Mart, 03:32
  • Baku Bakı 7°C

Kaliforniyada "Boeing 737 Max" təyyarələrinin "qəbiristanlığı" tapılıb

21.07.19 18:15 17171
Kaliforniyada "Boeing 737 Max" təyyarələrinin "qəbiristanlığı" tapılıb
Cənubi Kaliforniyada, Viktorville aeroportunda problemli"Boeing 737 Max"təyyarələrinin "qəbiristanlığı" aşkarlanıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" nəşri bildirib.
Aeroportun dayanacağında"Southwest Airline"aviaşirkətinin35-dən çox laynerini yerləşdirilib. Təyyarələr bu modeldən olan hava gəmilərinin uçuşlarına qadağanın aradan qaldırılmasına qədər orada qalacaqlar.
"Boeing 737 МАХ"ın uçuşları iki avialaynerin qəzaya uğramasından sonra ABŞ-da və bir çox başqa ölkələrdə dayandırılıb. Martda "Ethiopian Airlines" aviaşirkətinin "Boeing 737" təyyarəsi qəzaya uğrayıb. Nəticədə157 nəfərhəlak olub. 2018-ci ilin noyabrında İndoneziyanın "Lion Air" şirkətinin də eyni təyyarəsi qəzaya uğrayıb.
banner

Oxşar Xəbərlər