• cümə axşamı, 18 aprel, 17:10
  • Baku Bakı 22°C

Kadr islahatları ilə yanaşı, infrastruktur sahəsində də əsaslı işlər görülür

29.07.20 14:30 570
Kadr islahatları ilə yanaşı, infrastruktur sahəsində də əsaslı işlər görülür
Son illər ərzində ölkəmizdə kadr islahatları ilə yanaşı, infrastruktur sahəsində də əsaslı işlər görülür. Dövlətimizin başçısının göstərişi ilə infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm layihələr icra edilir. İnfrastruktur layihələrinin icrasından danışarkən, su təsərrüfatı və resursları ilə bağlı görülən işləri qeyd etməmək mümkün deyil. Hazırda üzləşdiyimiz quraqlıqla əlaqədar mövcud resursların dəyərləndirilməsi, su ehtiyatlarının artırılması, meliorasiya işləri üçün kifayət qədər böyük vəsaitlər ayrılır. Bu, ölkə rəhbərliyinin mövcud məsələyə birbaşa diqqət və qayğısının göstəricisidir.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə söyləyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən, Xüsusi Komissiyanın yaradılması su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi işinə dövlət qayğısını nümayiş etdirir.
"Azərbaycan Prezidenti müşavirənin əsas məqsədinin bu sahədə buraxılmış səhvlərin, mövcud çatışmazlıqların bundan sonrakı illərdə aradan qaldırılması, vahid idarəetmə mexanizmi işlənib təqdim edilməsi olduğunu bildirdi. Dövlətimizin başçısı tərəfindən səsləndirilən bu fikir birmənalı olaraq əsaslı həllər gətirəcək strateji plan və ya "yol xəritəsi” hazırlanmasının vacibliyini göstərir. Hazırda mövcud olan su çatışmazlığı probleminin aradan qaldırılması üçün qısamüddətli addımlarla bərabər, orta və uzunmüddətli fəaliyyət planının qurulmasına, növbəti addımların hazırlanaraq tez müddətdə icra edilməsinə zərurət yaranıb. Prezident İlham Əliyevin tapşırığına əsasən, mövcud problem, səbəb və gələcək hədəflər təhlil edilərək müsbət həll yolunda təcili addımlar atılmalıdır. Yaranmış quraqlıq zamanı məsələ ilə bağlı məsul qurumlar tərəfindən düzgün təhlillər aparılmalı və həll yolları müəyyən edilməlidir”, - deyə Şahin Seyidzadə qeyd edib.
Su resurslarının idarə edilməsinin təkmilləşdirilməsinə böyük ehtiyac olduğunu diqqətə çatdıran deputat bildirib ki, mövcud idarəetmə sisteminin hazırkı vəziyyətdə işlək olması və yaxud mexanizmlərin təkmilləşdirilməsi böhran vəziyyətindən çıxış üçün ən vacib amildir. Çətinliyin aradan qaldırılması üçün su resurslarının idarəetməsində "əsas fəaliyyət göstəriciləri” (ƏFG) müəyyən olunmalıdır. Yəni, su resurslarının idarə edilməsində ƏFG müəyyən edilən zaman uzunmüddətli dayanıqlılıq və davamlılıq təmin oluna bilər.
"Yaranan su qıtlığı problemini aradan qaldırmaq üçün beynəlxalq təcrübədən istifadə etmək lazımdır. Bunun üçün də xarici mütəxəssislərin cəlb edilməsi, aparılan təhlillər əsasında pilot layihələrin icrasına başlanılmalıdır. Ölkə başçısı tərəfindən su qıtlığının aradan qaldırılması üçün lazımı tədbirlər barədə müvafiq tapşırıqlar verilib. Su təhlükəsizliyinin təmin edilməsi, su təchizatının vəziyyətinin yaxşılaşdırılması strateji planların və hədəflərin hazırlanması dövlətin ciddi nəzarətindədir və bununla bağlı müvafiq işlər görülməkdədir”,- deyə Şahin Seyidzadə diqqətə çatdırıb.
banner

Oxşar Xəbərlər