AZE | RUS | ENG |


“Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi komitədə ikinci oxunuşdan keçib

“Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi komitədə ikinci oxunuşdan keçib
Milli Məclisin Mədəniyyət komitəsinin iclasında "Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
 
APA-nın məlumatına görə, komitə sədri Rafael Hüseynov bildirib ki, qanun layihəsində birinci oxunuşla müqayisədə ciddi dəyişiklik yoxdur.

O deyib ki, bəzi kabel şəbəkəsi yayımçıları "Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin 13.4-cü maddəsinə iradlarını bildiriblər: "Həmin maddədə qeyd olunub ki, xarici ölkələrin teleradio yayımçısı Azərbaycanda fəaliyyət göstərən yayımçının proqram paketində yayımlanmaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. Kabel şəbəkəsi yayımçıları bildirirlər ki, həmin reklamları çıxarmaq mümkün deyil, yəni buna texniki imkanları yoxdur. Amma maddəyə dəyişiklik etmək olmaz, çünki bu, qanunun mahiyyətini ortaya qoyur. Kabel şəbəkəsi yayımçıları bunu nəzərə almalıdırlar. Bu həm milli adət-ənənələrə zidd reklamların qarşısını almağa, həm də Azərbaycanın yerli reklam bazarının dirçəldilməsinə xidmət edir. Qanun layihəsi ilə bağlı prezidentin köməkçisi Əli Həsənovla da müzakirələr aparılıb. Hesab edirəm ki, bəzi texniki dəyişikliklər istisna olmaqla, layihə mükəmməl hazırlanıb”.
 
Layihə ikinci oxunuşda plenar iclasa tövsiyə olunub. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022