• cümə, 29 Mart, 14:38
  • Baku Bakı 14°C

Jurnalistlərin növbəti qrupu koronavirusa qarşı vaksinasiya olunacaq

23.04.21 18:45 660
Jurnalistlərin növbəti qrupu koronavirusa qarşı vaksinasiya olunacaq
Aprelin 26-da Azərbaycan Mətbuat Şurasında jurnalistlərin "COVID-19” infeksiyasına qarşı vaksinasiyası davam etdiriləcək.
ŞuradanKaspi.az-a verilən xəbərə görə, indiyədək MŞ-də 200-dək jurnalist peyvənd olunub. Şuraya bununla əlaqədar əlavə 150-dən artıq yeni müraciət daxil olub. Müraciət edənlər vaksinasiyanın aparılacağı barədə məlumatlandırılıblar. Onlar növbəlilik əsasında peyvənd oluna biləcəklər.
Mətbuat Şurası KİV redaksiyalarından yaşı 18-dən yuxarı olan və vaksinasiyadan keçməyən əməkdaşlarının siyahısını Şuraya ünvanlamağı xahiş edir. Siyahı redaksiyanın rəsmi blankında olmalı və möhürlə təsdiqlənməlidir.
Orada vaksinasiya olunacaq jurnalistlərlə bağlı aşağıdakılar yer almalıdır:
Adı, soyadı, atasının adı;
Doğum tarixi;
Şəxsiyyət vəsiqəsinin rekvizitləri (seriya və nömrə və ya fin kod);
Əlaqə vasitələri (şəhər telefonu və mobil telefon).
Siyahı şəxsən də, Mətbuat Şurasını[email protected]ə[email protected] poçt ünvanlarına da (PDF faylda skan olunmuş formada) göndərilə bilər.
Mətbuat Şurasından əlaqələndirici şəxs Əvəz Rüstəmov: (012) 441 35 30; (050) 206 96 02.
banner

Oxşar Xəbərlər