• şənbə, 20 Aprel, 11:09
  • Baku Bakı 14°C

Jurnalistlərə vaksinin ikinci dozasının vurulacağı tarixlər açıqlandı

04.05.21 16:00 1299
Jurnalistlərə vaksinin ikinci dozasının vurulacağı tarixlər açıqlandı
May ayının 6-dan Azərbaycan Mətbuat Şurasında "COVID-19” əleyhinə vaksinasinin birinci dozasının tətbiq edildiyi jurnalistlərə vaksinin ikinci dozasının tətbiqinə başlanılacaq.
Kaspi.az Azərbaycan Mətbuat Şurasına istinadla xəbər verir ki, aprelin 9-da vaksinasiyadan keçmiş media təmsilçiləri üçün ikinci doza may ayının 6-da, aprelin 12-si və 13-ü tarixlərində birinci doza tətbiq edilmiş jurnalistlərə mayın 16-da ikinci doza tətbiq ediləcək.
Aprelin 26-da vaksinin birinci dozası tətbiq edilən jurnalistlərlə bağlı isə əlavə məlumat veriləcək.
Qeyd edək ki, vaksinasiya Mətbuat Şurasının binasında aparılacaq.
banner

Oxşar Xəbərlər