• cümə, 26 Aprel, 03:42
  • Baku Bakı 16°C

Jurnalistlər yeni mənzillərinə dekabrın 25-dək köçəcəklər

10.12.13 13:23 1236
Jurnalistlər yeni mənzillərinə dekabrın 25-dək köçəcəklər
Bakının Səbail rayonu ərazisində jurnalistlər üçün inşa edilmiş binadan ev alan media işçilərinin yeni mənzillərinə köçürüləcəyi tarix məlum olub. Lent.az-ın movqe.az-a istinadən xəbərinə görə, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli yaxın günlərdə mənzil almış şəxslərlə ümumi toplantı keçiriləcəyini, məskunlaşma şərtlərinin açıqlanacağını bildirib.
Onun sözlərinə görə, jurnalistlər dekabrın 25-ə kimi mənzillərinə köçə biləcəklər. Fond rəhbəri bildirib ki, dekabr ayının 25-dək ev alan jurnalistlərlə toplantı keçiriləcək: "Biz ev alan jurnalistləri dekabrın 25-dək Fonda dəvət edəcəyik. Biz hazırda mənzillərin sahiblərinin su, işıq, qaz-la bağlı sənədlərinin hazırlanması ilə məşğul oluruq. Əslində, bu işi onlar özləri görməli olsalar da, biz istədik ki, kommunal xidmətlərlə bağlı sənədləşmələri onların adına rəsmiləşdirərək bunu paket şəklində jurnalistlərə təqdim edək”.
banner

Oxşar Xəbərlər