• şənbə, 20 Aprel, 19:28
  • Baku Bakı 24°C

Jurnalistlər üçün yeni binanın təməli atıldı

22.07.13 09:54 1297
Jurnalistlər üçün yeni binanın təməli atıldı
Bu gün prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binanın yaxınlığında yeni binanın təməlini atıb.
Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov yeni binanın 2 il ərzində tikiləcəyini və 2015-ci il 22 iyul Milli Mətbuat Günündə istifadəyə veriləcəyini bildirib.
Əli Həsənov deyib ki, yeni tikilən binada hazırkı binadan mənzil ala bilməyən jurnalistlər də mənzil ala biləcəklər. O, bəzi media orqanlarında, sosial şəbəkələrdə redaksiyalarda çalışan texniki işçilərə ev verilməsi ilə bağlı iradlara da münasibət bildirib: “Biz bu mənzillərin tək yaradıcı insanlar üçün nəzərdə tutulduğunu bəyan etməmişik. Bu mənzillər redaksiyalarda çalışanlar üçün nəzərdə tutulub. Mətbuat Şurasında da müzakirə edərkən belə qərara gəldik ki, redaksiyalar özləri mənzilə ehtiyacı olanları müəyyənləşdirəcək. Redaksiyalarda çalışan texniki işçilər, dizaynerlər, telekanallardakı texniki işçilər də əmək sərf edirlər. Bu mənzillər həm də onlar üçün nəzərdə tutulub. Gələcəkdə redaksiyalar bu insanların da namizədliklərini irəli sürə bilərlər”.
banner

Oxşar Xəbərlər