AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Jurnalistlər üçün tikilmiş binaya ünvan verilib

Jurnalistlər üçün tikilmiş binaya ünvan verilib

Təfsilat
02 Sentyabr 2013, 09:54 1994
APA-nın məlumatına görə, binanın ünvanı ötən həftə təsdiqlənib.

Binanın yerləşdiyi küçə Yeni Salyan yolu adlandırılıb. Bina Yeni Salyan yolu, 22 ünvanında yerləşir.

APA-nın əldə etdiyi məlumata görə, yaxın bir həftə ərzində binada Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən yoxlama keçiriləcək. Yoxlamadan sonra sənədlər müvafiq sərəncam alınması üçün Bakı şəhər İcra Hakimiyyətinə təqdim olunacaq.

Qeyd edək ki, 22 iyul - Milli Mətbuat Günündə jurnalistlər üçün inşa edilmiş 156 mənzilli yaşayış binasının açılışı olub.