• şənbə, 20 Aprel, 15:33
  • Baku Bakı 23°C

Jurnalistlər “Tour d`Qax” layihəsində iştirak etdi

01.09.15 20:26 1770
Jurnalistlər “Tour d`Qax” layihəsində iştirak etdi
Britaniya turizm korporasiyası “AirTrips.com”un dəstəyi ilə Ukrayna Qafqaz Xalqları Konqresinin sədri Paşa Məmmədovun (İlisuyski) və Böyük Britaniya Kral Fotoqrafiya Cəmiyyətinin üzvü fotoqraf Rüfət Əliyevin təşəbbüsü ilə “Tour d`Qax” layihəsi həyata keçirilib. Media nümayəndələri və qonaqlar Qax rayonunun qədim abidələri ilə tanış olublar.
Böyük Britaniyanın kavalerı Gven Berçel turla bağlı öz fikirlərini bölüşərək Qaxa, eləcə də İlisuya birinci dəfə səfər etdiyini qeyd edib: “İndi burda olduğuma görə, Azərbaycanın qədim tarixi, eləcə də xanların və sultanların abidələri ilə tanış olduğuma görə çox şadam. Bura çox gözəldir. Mən öz oğlum ilə bura səfər etdim. Çalışacağam ki, mənim oğlum oxuyan məktəbinin şagirdləri də öz valideynləri ilə İlisuya və ümumiyyətlə, Qax rayonuna ailəvi səfər etsinlər. Bu yerləri görmək, regionu başqa xalqlara tanıtdırmaq lazımdır".
Ukrayna Qafqaz Xalqları Konqresinin sədri Paşa Məmmədov (İlisuyski) qonaqlara Qax rayonunun tarixi abidələri haqqında məlumatları verib.
Qeyd edilib ki, “Tour d`Qax” layihəsi 2015-ci ilin dekabrının axırına qədər öz böyük endirim paketləri və geniş ekskursiyaları ilə Azərbaycan vətəndaşlarını və xaricdən gələn qonaqları sevindirəcək.
Turda iştirak etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər