AZE | RUS | ENG |


Jurnalistlər Prezidentə minnətdarlıq edirlər - Fotolar

Jurnalistlər Prezidentə minnətdarlıq edirlər - Fotolar
Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün tikilən ikinci yaşayış binasının istifadəyə verilməsi böyük razılıq və sevinc hissləri doğurub. Prezident İlham Əliyevin ünvanına jurnalist kollektivlərindən, yeni binada mənzillə təmin olunan KİV işçilərindən təşəkkür məktubları gəlməkdə davam edir.

AZƏRTAC Prezidentin rəsmi saytına istinadla xəbər verir ki, məktub müəllifləri bu dəyərli hədiyyəyə görə minnətdarlıqlarını bildirir, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımları, mətbuata dövlət dəstəyini yüksək qiymətləndirirlər.

Yeni binada mənzil sahibi olan media nümayəndələri arasında "Xəzər” Televiziyasının da altı əməkdaşı var. "Xəzər TV” MMC-nin prezidenti Şamxal Həsənli bununla bağlı Prezidentə ünvanlandığı minnətdarlıq məktubunda yazır: "Möhtərəm Prezident, Siz bu nəcib addımınızla, jurnalistlər üçün tikilmiş birinci binanı da nəzərə alsaq, təxminən 400 media işçisini ev sahibi etdiniz. Bununla kiyafətlənməyərək, 255 mənzilli daha bir binanın da təməlini atdınız. Məhz Sizin təşəbbüsünüz və xoş məramınız sayəsində boş bir ərazi artıq "Jurnalistlər şəhərciyi”nə çevrilir. Siz dünyada bənzəri olmayan bu layihə ilə yüzlərlə jurnalistə və onların ailələrinə böyük sevinc bəxş etdiniz”.
 
 

Məktubda "Xəzər” Televiziyasının çoxsaylı kollektivi adından dövlətimizin başçısına minnətdarlıq duyğuları ifadə olunur. Qeyd edilir ki, telekanalın yaradıcı heyəti milli maraqların və dövlətçilik maraqlarının qorunmasında bundan sonra da səylərini əsirgəməyəcək.

Prezidentə minnətdarlıq məktubu ünvanlayan jurnalist kollektivləri arasında "İki sahil” qəzeti də var. Qəzetin baş redaktoru Vüqar Rəhimzadə dövlətimizin başçısını "Jurnalistlərin dostu” mükafatına layiq görülməsi münasibətilə təbrik edir, Azərbaycanın daha firavan gələcəyi naminə fəaliyyətində yeni və möhtəşəm nailiyyətlər arzulayır. Məktubda deyilir: "Siz jurnalistlərin dostu və himayədarısınız. Biz jurnalistlər bu diqqət və qayğını gündəlik həyatımızda, yaradıcılıq fəaliyyətimizdə daim hiss edirik. Təbii ki, bu xoş ənənənin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və hazırda Sizin tərəfinizdən uğurla davam etdirilir, zənginləşdirilir. Sizin Sərəncamınızla jurnalistlər üçün tikilən növbəti yaşayış binasında 255 həmkarımızın mənzillə təmin edilməsinin doğurduğu sevinc hissləri ömür boyu unudulmayacaq”.
 
 

V.Rəhimzadə məktubunda daha sonra Prezidentin jurnalistləri fəxri adlarla təltif etməsini, KİV-in inkişafına göstərdiyi dəstəyi vurğulayaraq yazır ki, 26 illik fəaliyyətində dövlətçilik və milli maraqları rəhbər tutan "İki sahil” qəzeti bundan sonra da bu müqəddəs amallara sadiq qalacaq, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın daha parlaq gələcəyinə hesablanmış çoxşaxəli siyasətə öz töhfəsini verməyə çalışacaq.
 
 

Daha bir məktuba nəzər salaq: "Əməyimi yüksək dəyərləndirdiyinizə - jurnalistlər üçün tikilmiş binada mənə mənzil verdiyinizə görə Sizə səmimi qəlbdən minnətdarlığımı bildirirəm. Mən bunu 70 illik yubileyimə çox qiymətli hədiyyə hesab edirəm”. Bu sətirlər Fərid Xayrulinin məktubundan götürülüb. Veteran jurnalist ona həyatının ən böyük sevincini yaşatdığına görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirir.
 
 

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və ənənəyə çevrilmiş mediaya dövlət dəstəyi siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün ən yüksək zirvəsinə çatdığını vurğulayan "Kaspi” qəzetinin baş redaktoru İlham Quluyev yazır: "Son illər dünyada yaşanan qlobal iqtisadi böhran, neftin qiymətinin ucuzlaşması fonunda Azərbaycan dövləti heç bir sosial layihəni, o cümlədən mediaya dövlət dəstəyini dayandırmayıb, əksinə, daha da artırıb. Milli Mətbuat Günü dövlət səviyyəsində qeyd olunur, redaksiyalara yardımlar ayrılır, yüzlərlə jurnalist dövlət mükafatları və fəxri adlarla təltif edilir”.

Məktubda qeyd olunur ki, bu il daha 255 jurnalistin mənzillə təmin edilməsi onlara həyatlarının ən xoşbəxt günlərini yaşadıb. Bu jurnalistlərin arasında "Kaspi” qəzetinin də üç əməkdaşı var. Qəzetin baş redaktoru bu dəyərli hədiyyəyə görə Prezidentə kollektivin dərin minnətdarlığını çatdırır.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6379
GBP 1 İngilis funt sterlinqi 2.2777
TRY 1 Türk lirəsi 0.4436
KWD 1 Küveyt dinarı 5.6262
SEK 1 İsveç kronu 0.2012
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7136
USD 1 ABŞ dolları 1.7000