• cümə, 29 Mart, 12:03
  • Baku Bakı 14°C

Jurnalist Şəfəq Ağacanın şikayəti üzrə məhkəmə prosesi başlayıb

06.03.20 12:36 1373
Jurnalist Şəfəq Ağacanın şikayəti üzrə məhkəmə prosesi başlayıb
Bakı Apelyasiya Məhkəməsində"Bakupress” İnformasiya Agentliyinin rəhbəri Şəfəq Ağacanın(Ağabalayeva)barəsində olan hökmdən verilən şikayət üzrə məhkəmə başlayıb.
APA-nın məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı martın 12-ə təyin edilib.
Qeyd edək ki, Ş.Ağacan Bakının Nərimanov rayonu ərazisində narkotik vasitə olan marixuana satarkən yaxalanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Ş. Ağacanın üzərinə baxış keçirərkən ondan satmaq məqsədilə bükülmüş halda olan narkotik maddə aşkar edərək götürüblər.
Ona Cinayət Məcəlləsinin 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham verilib.
Nərimanov rayon Məhkəməsinin hökmünə əsasən, Ş.Ağacan 3 il müddətinə azadlıqdan məhrum edilib.
banner

Oxşar Xəbərlər