İzmirdə zəlzələdə ölənlərin sayı 12-yə, yaralıların sayı 419-a çatıb
İzmirdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 12-ə, yaralananların sayı 419 nəfərə çatıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.Bildirilib ki, 17 binada axtarış-xilasetmə işləri həyata keçirilir.