AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İxracatçılar beynəlxalq sərgilərə dəvət olunurlar - Siyahı

İxracatçılar beynəlxalq sərgilərə dəvət olunurlar - Siyahı

İqtisadiyyat
05 Noyabr 2016, 21:29 612
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”na uyğun olaraq, İqtisadiyyat Nazirliyi (İN) tərəfindən 2017-ci ildə ixracatçıların vahid ölkə stendi ilə iştirakı nəzərdə tutulan beynəlxalq sərgi və yarmarkaların siyahısı, həmin sərgi və yarmarkalarda iştirak edəcək ixracatçıların sayı müəyyən edilib. 

Beynəlxalq sərgi və yarmarkaların siyahısı, həmin sərgi və yarmarkalarda iştirak edəcək ixracatçıların sayı ilə aşağıda təqdim olunmuş siyahıdan tanış ola bilərsiniz.

Qeyd olunan sərgi və yarmarkalarda iştirak edəcək ixracatçılar İqtisadiyyat Nazirliyi tərəfindən müsabiqə əsasında seçiləcəkdir. Müsabiqənin keçirilmə tarixi barədə İqtisadiyyat Nazirliyi tərəfindən əlavə məlumat veriləcəkdir.
 
Əlavə məlumatı AZPROMO-dan almaq olar.

Əlaqələndirici şəxs Fuad Cəfərov (tel: +99412 5980147/48 (daxili 141), elektron poçt ünvanı: ([email protected]) [email protected])
 
 
Kaspi.az