«İvan Vasilyeviç…» artıq 45 ildir ki, peşəsini dəyişmir - Fotolar
Fəlakətlərdən
usanmış yazıçı Mixail Bulqakov 1934-cü ildə "İvan Vasilyeviç” adlı pyesini
yazdığı zamanlarda, əbədi qaynaq yaratdığını təsəvvür belə etmirdi. Heç
düşünmürdü ki, onun replikalarından ən sadəsi - "Bəli, sən bir ifritəsən!” və
ya "Hansı parazit kral tikililərinin qapısını qırmağa cəsarət etdi?” - dillər əzbərinə
çevriləcək və rus tamaşaçıları onilliklər ərzində elektrik cərəyanına
qoşulacaqlar.
Xoşbəxtlikdən, Bulqakovun pyesi 1936-cı ildə səhnəyə qoyulmadı. Stalindən fərqli olaraq, Bulqakov, çarın imicini və ya onun yaşadığı dövrü ləkələmək istəmirdi, buna heç meylli də deyildi: 1940-cı illərdə İvan Qroznı "rəsmi” tarix elmində və mətbuatında yeganə böyük kral kimi təqdim olunurdu. Onsuz da Bulqakova «Turbinlər günü» və «Moliera» filmləri böyük problemlər yaratmışdı, "İvan Vasilyeviç” yalnız vəziyyəti daha da pisləşdirə bilərdi.
Filmə uğur gətirən məqamlar
Ancaq əsər
ekran həllini böyük uğurla tapdı. "İvan Vasilyeviç peşəsini dəyişir” Leonid
Qaydayın ən böyük komediyasıdır. Nə "Qafqaz əsiri”, nə "I əməliyyatı»...”, nə də
"Brilyant əl” komediyalarının həmmüəllifləri, bu qəbildən, Qaydaya yaxınlaşa
biləcək möhtəşəm bir ssenari yazmamışlar.
Filmin ssenarisi Yuri Nikulin üçün nəzərdə tutulmuşdu. O, çarı
oynamalı idi. Qayday məhz Yuri Nikulini Bunş-Qroznı roluna təyin
etdi. Ona elə gəlirdi ki, Nikulin zahiri görünüşcə məhz hökmdara bənzəyir.
Aktyor foto-sınaqlardan çıxdı, amma sonda roldan imtina etdi. Nikulin əmin idi
ki, «İvan Vasilyeviç…» filmini SSRİ-də ekranlara buraxmayacaqlar və bütün
iştirakçıların zəhməti hədər gedəcək. Ümumiyyətlə, «İvan Vasilyeviç…» filminin
müqəddəratı onu nahaq narahat etmirdi. Rəhbərlik hesab etdi ki, Qayday İvan
Qroznıya istehza ilə yanaşır və hər epizodu qurdalamağa başladılar. Məsələn,
çarın Şurikin mətbəxində kotlet bişirdiyi epizodu kəsdilər. Ümumilikdə, filmin
10 dəqiqəsi kəsildi. Qonaqlıq zamanı Bunş soruşur: «Bu ziyafət kimin
hesabınadır? Kim ödəyəcək?" Jorj cavab verir: "Hər halda, biz ödəməyəcəyik”.
Əvvəlki çəkilişdə o, "xalqlar” cavabını vermişdi, lakin Qaydaydan Bədii Şurada
bu frazanı dəyişməsini istəmişdilər. İsveç səfiri ilə görüşündə isə İvan
Vasilyeviç deyir: «Sülh, dostluq!». Bunu «Hitler kaput» sözünə dəyişmək qərarına
gəlmişdilər.
Bənzər uğursuzluq filmin
başlanğıcındakı «Məhəbbətlə qarşılamaq» mahnısında da var idi. Onu da konkret
olaraq Sofiya Rotaru üçün yazmışdılar. Hətta səsyazma da etmişdilər. Amma
aydınlaşdı ki, Rotaru komediya mahnılarını oxumur, ciddi və təsirli mahnılara
üstünlük verir. Sonda mahnını Nina Brodski səsləndirdi.
İlk vaxtlarda Miloslavski roluna Andrey
Mironovdan başqa heç kimi görmürdülər. Lakin kino sınağından sonra bədii şura qərara
aldı ki, Mironov filmi həddindən artıq kökdən salır və Yakovlevin personajına
heç cür uyuşmur. Başqa aktyorları, həmçinin Vyaçeslav Nevinnıyı da sınamağa
başladılar, sonda Kuravun üzərində dayandılar.
Sınaq çəkilişləri zamanı İvan Vasilyeviç
roluna həmçinin Yevgeni Lebedev,Yevgeni
Yevstiqneyev, Miloslavski roluna isə Andrey Mironovla yanaşıSergey
Nikonenko,Georgi
Burkovkimiaktyorlarsınaqdan keçmişdilər.
Çəkilişlər ərəfəsində aktrisa Nina Maslovanın gözünün altında qançır əmələ
gəldi. Ona görə də, epizodların demək olar ki, hamısında gözlərini aşağı
dikirdi. Qəribə də olsa, bu hərəkət filmə qazanc gətirdi.
Qaydaya yaxınlaşan tamaşaçılar deyirdilər ki, onun öz tilsimi var –
qara pişik. Rejissor qara pişiklərin mistik gücünə inanırmış və ona görə də bu
filmdə tamaşaçılar onları daim görür. Bir də, mərasimdən əvvəl Qayday həmişə səhnədə
boşqab sındırarmış.
Zamanın maşınının maketini, muzdla tutulmuş xüsusi konstruktor bürosu
düzəltmişdi. Onlar maşına ağlasığmaz layihə hazırlamışdılar ki, baxdıqda,
tamaşaçı doğrudan da inanmazdı ki, tək-tənha sovet mühəndisi belə bir maşını ev
şəraitində düzəldə bilər. Layihəni başqa adama – heykəltəraş Vyaçeslav Poçeçniyə
verdilər. Onun maşını həyətə gələn kimi vicdanla qazandığı 40 rublu verdilər.
Amma qəribəsi bu idi ki, cədvəldə kassirlər yazmışdılar: «Pullar zamanın
maşınının ixtirasına görə verilir».
Ekran əsərində «Xahiş edirik, zəhmət olmasa, Anton Semenoviç Şpakı
çağırın!” səhnəsində telefon köşkündə Leonid Kuravlyovun arxasınca
danışan aktrisa Natalya Kustinskayanı görürük. Yakinin sevgilisini məhz o
oynayır. Rəfiqəsinə zəng vuraraq: «Qaloçka, sən maraqdan öləcəksən!» deyir.
Elə bu epizodda Şurikin evini ilk dəfə görürük – mənzil Moskvadakı
Novokuznetskaya 17 küçəsində yerləşir. Deyilənə görə, Qayday həmin binanı
dolanbac fasadına və bir balkondan digəri göründüyünə görə seçib. Eyni zamanda,
balkon Yeni Arbata açılır. Aydındır ki, Novokuznetskdən bunu görmək mümkün
deyil.
"Bu ki, həqiqi İvan Qroznıdır!”
Qayday filmdə
bir çox tarixi uyğunsuzluqlara yol verib. Məsələn, polis doğulduğu il haqqında İvan Qroznıdan soruşduqda çar
cavab verir ki, Məsihin doğulduğu gün, 1533-cü ildəndir. O, 1530-cu ildə anadan
olub. Bundan əlavə, həyat yoldaşı Marfa Vasilyevna (Sobakina) əslində yalnız
iki həftə çar arvadı olmuşdu – evlilikdən sonra dərhal xəstələnib ölmüşdü. Məhz Marfa Vasilyievnanın kadrda görünməsi (çox şərti
olaraq) hadisəsi 1571-ci ilin payızına təsadüf edir. IV İvan rəsmən dörd dəfə evlənib və həyat yoldaşlarının arasında Marfa
Vasilyevna da olub. 19 yaşlı Marfa Sobakina car ilə izdivacda cəmi 15 gün olub.
Toydan iki həftə sonra o, zəhərlənmədən dünyasını dəyişib.
Başqa
bir kadrda Şurik İvan Qroznıya
«Paytaxt” arağı təklif edir. Bir
versiyaya görə, bu araq üçün formula 1901-ci ildə, başqa birinə görə - 1938-ci
ildə Moskvada düşünülüb, amma nədənsə, onu yalnız bir neçə ildən sonra
Leninqradın blokadasında istehsal etməyə başladılar.
«Eh, bir dəfə, bir dəfə
də yenidən!»
Maqnitofonla olan bu epizod (təsadüfən
İvan Vasilyeviç onun üzərinə oturur və işə salır. Oradan qaraçı qız «Heç
olmasa, sən mənimlə danış, yeddi simli rəfiqəm mənim» deyir). Vladimir Vısotski
mahnını məxsusi olaraq Qayday üçün yazmışdı. Bu, onların uğurlu əməkdaşlığında
yeganə hadisə idi (Qayday əvvəllər Vısotskini Ostap Bender rolunda sınamışdı).
Sonralar «Eh, bir dəfə, bir dəfə də yenidən!»nə görə, Vısotski «Qaraçı
mövzusunda variasiyalar» bəstələməyə başladı.
"İvan
Vasilyeviç”in ilk kütləvi nümayişi 1973-cü ilin iyununda Nyu-Yorkda keçirilir.
Leonid İliç Brejnevin ABŞ-a səfəri ilə əlaqədar, orada yeni sovet filmlərinin
mini-festivalı təşkil edilmişdi. "The New York
Times” yazırdı: "İvan Vasilyeviç”də əsasən rejissor işi maraq kəsb edir.
Bu, Moskvanın orta təbəqəsinin yaşadığı çoxmənzilli
bina divarlarında görünən sürətli çəkilişlərin həmişə gülünc olduğuna inamla
bağlıdır. Qara bazarda avtomobillər, film kameraları, kasetlər,
tranzistorlar... Bu film nümayiş istehlakçılığının kiçik bir qurtuluşuna bənzəyir”.
Filmin
ekranlarda nümayişindən sonra ümumi rəylər belə idi: «…Səni də müalicə edərlər!
Məni də! Ancaq tamaşaçıları müalicə etmək gərək deyil: «İvan Vasilyeviç…»
xoşlarına gəlir – bu əladır, qoy nə qədər istəyirlər baxıb qəhqəhə çəksinlər!”
Filmin baş qəhrəmanları o zaman üçün çox yüksək qonorar almışdılar. Leonid Qayday filmə
quruluş verdiyinə görə, kinostudiyanın kassasından 8 min rubl aldı. Leonid Kuravlov 2312, Yuri Yakovlev 4350, Aleksandr
Demyanenko 1663 rubl qazandı. Şuriki oynayan aktyor bir mühəndisin illik gəliri
qədər pul əldə etdi.
Film ağ-qara kadrlarla başlayıb, ağ-qara kadrlarla da
bitir. Bu, Şurikin yuxuda olmadığı kadrlardır. Onun yuxusu isə rəngli lentdə
göstərilir. FilminquruluşçurejissoruLeonid Qayday, Yakinin
işıq assistenti kimi, vur-tut, 10 saniyəlik epizodik rolda çəkilib. Filmdə Corc Miloslavski Anton Şpaka zəng edir və
qadın səsi ilə danışır. Bu səhnəniNataliya Kustinskayasəsləndirib.
Orta əsrləri təsvir edən səhnələrdəki geyimlər bundan əvvəl kinorejissorSergey
Eyzenşteynin1944-cü ildə çəkdiyi "İvan
Qroznı"filmində istifadə
olunmuşdu. Filmə 1 il ərzində
60 milyondan çox tamaşaçı baxmışdı. BufilmAmerikatamaşaçılarına
"İvan Vasilyeviç: gələcəyə qayıdış" ("Ivan Vasilievich: Back to
the Future") adı ilə tanışdır.
Rusiya Mətbuatından çevirdi
Təranə Məhərrəmova