• çərşənbə axşamı, 16 aprel, 22:54
  • Baku Bakı 18°C

IV ixtisas qrupu üzrə keçid balı 150-yə endirilib

30.07.13 16:49 1482
IV ixtisas qrupu üzrə keçid balı 150-yə endirilib
Ali məktəblərə IV ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 150 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. TQDK-dan APA-ya verilən məlumata görə, dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 350-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
IV ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 11796 abituriyentdən 673 nəfər imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 11123 abituriyentlərdən 16 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Bu qrup üzrə imtahanlarda iki nəfər 700 bal toplayıb.
banner

Oxşar Xəbərlər