• cümə axşamı, 28 mart, 19:26
  • Baku Bakı 13°C

IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğinə start verilir

30.03.17 12:09 882
IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğinə start verilir
Martın 30-danIV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinə start verilib.
Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilən yarışların təşkil edilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının Proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.
Yarışlar 11 idman növü -sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə iki mərhələ olmaqla 6 zonada keçiriləcək. Kütləvi idman tədbirlərinə 6mindən çox şagirdin qatılması gözlənilir.
İdman növləri üzrə şəxsi yarışlarda və komanda hesabında I, II, III yerləri tutanlar diplom və medallarla, hədiyyələrlə təltif olunacaqlar.
Yarışlar aprelin 26-da başa çatacaq.
banner

Oxşar Xəbərlər