İtalyanlar da başlayırlar, amma...
Koronavirusa görə
yarımçıq dayandırılan İtaliya A seriyası davam etdiriləcək.
Kaspi.az xəbər verir ki,
A seriyası iyunun 20-də bərpa olunacaq. Bu barədə İtaliyanın idman naziri
Vinçentsa Spadafora məlumat verib.
O, ümid etdiyini bildirib
ki, kubok oyunları daha tez- iyunun 13-də başlaya bilər. Amma bunun üçün baş
nazir qərar verməlidir. Çünki baş nazir Cüzeppe Konte ölkədə bütün idman
yarışlarının iyunun 14-nə qədər təxirə salınması barədə qərar imzalayıb.
Ancaq o da bildirilir ki,
əgər hər hansı bir futbolçuda koronavirus tapılarsa, onda bütün komanda 14 gün
özünütəcrid rejiminə keçəcək.