"İtalyan dili səhnədə"

Mədəniyyət
23 Oktyabr 2019, 15:21 117
Dünyada İtalyan Dili Həftəsi, İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin mədəniyyət və diplomatik şəbəkəsinin hər il oktyabr ayında təşkil etdiyi və Italyan dilini klassik və müasir mədəniyyətin nəhəng dili olaraq təşviq etdiyi bir tədbirdir. Həftə ərzində təklif olunan bir mövzuya həsr olunan konfranslar, sərgilər və tamaşalar, yazıçılar və görkəmli şəxsiyyətlərlə görüşlərin təşkili həyata keçirilir. 
İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi və Crusca Akademiyası arasındakı razılaşması əsasında və İtaliya Respublikasının Prezidentinin himayədarlığı altında 2001-ci ildə başladılan həftə ildən ilə daha da inkişaf etmişdir. Dünyada İtalyan Dili Həftəsinin XIX nəşri bu il 21-27 oktyabr tarixlərində reallaşır  və mövzusu "İtalyan dili  səhnədə" adlanır.
Dünyada İtalyan Dili Həftəsi çərçivəsində, İtaliyanın Bakıdakı Səfirliyi həftənin əsas tədbirini təqdim etməkdən məmnunluq duyur: 24 oktyabr Cümə axşamı, 19.00-da Azərbaycan Dövlət Rus Dram Teatrında  "Pinocchio burnunun izi ilə" (Xaqani küç. 7) tamaşası keçiriləcək. İtaliyanın "CompagniaBella" teatr şirkəti və aktrisa Paola Kontininin rəhbərliyi ilə baş tutacaq tamaşada Bakı, Yasamal rayonu 158 saylı məktəbin şagirdləri iştirak edəcək.
Bakının 158 nömrəli məktəbi və İtaliya arasında əməkdaşlıq bu il, Azərbaycan hökumətinin təşkil etdiyi Avropa Gənclər Olimpiya Festivalı zamanı yaranıb. 2019-cu ilin sentyabr ayından etibarən Bakının 158 nömrəli məktəbinin şagirdləri İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin maliyyələşdirdiyi italyan dilinin tədrisi layihəsinə cəlb edilib. Bu layihə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dəstəyi və əməkdaşlığı sayəsində başladılıb.
"Pinocchio burnunun izi ilə" tamaşasında hər kəs ortaq bir işdə həqiqətən özünü Pinokkio kimi hiss edəcək: səhv edərək  öyrənmək, tabe olmayaraq tabe olmaq, həqiqətən gülmək və bizim sevilən Burattinonun izi ilə getmək.
Qeyd edək ki, dünyada "İtaliyan dili həftəsi” çərçivəsində 21-21 oktyabrda Rus Dram Teatrında "Pinocchio burnunun izi ilə" tamaşası, 27 oktyabrda Landmark kinotetrında "Leonardo və onun çevrəsi” sənədli filmi, 30 oktyabr - 1 noyabr tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Milan Dizayn Film Festivalı ilə əməkdaşlıq çərçivəsində İtaliyan dizaynının tarixi və inkişafı ilə bağlı filmlərə baxış keçiriləcək.