İtalyan deyir ki, ingilislər dayanırlar
İngiltərə
Premyer Liqası mövsüm başa çatdırılmadan dayandırıla bilər.
Kaspi.az
xəbər verir ki, Premyer Liqa rəhbərliyi bu məsələni müzakirə edib və qərarın qəbul
edilməsi ehtimalı yüksəkdir. Bu barədə "Udineze”nin idman direktoru Perpaolo
Marino məlumat verib:
"Artıq
Belçikda belə qərar verilib. Məndə olan məlumata görə, İngiltərədə də bu addımı
atmağa hazırlaşırlar. Ona görə ki, İngiltərədə koronavirusa görə durum getdikcə
gərginləşir. Vəziyyət çox ciddidir.
Ümid
edirəm ki, biz yenə də futboldan zövq alacağıq. Amma hazırda cari mövsümə görə
yox, yeni mövsümə görə narahatam”.
Qeyd edək
ki, İtaliyanın "Uduineze” və İngiltərənin "Uotford” klubları Potso ailəsinə məxsusdur.