• cümə axşamı, 28 mart, 23:13
  • Baku Bakı 13°C

İtaliyada TAP üzrə 105 km kəmər çəkiləcək

01.09.17 21:00 1266
İtaliyada TAP üzrə 105 km kəmər çəkiləcək
2024-cü ilə qədər qlobal qaz boru kəmərlərinin inşası bazarının həcmi genişlənərək 2 trln. ABŞ dollarına çatacaq. "Report” xəbər verir ki, bu barədə "Global Market Insights, Inc.”in açıqladığı hesabatda məlumat verilib.
Məlumata görə, hər il qlobal qaz bazarı daha da genişlənir. Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, ötən il qaz istehsal edən ölkələr 15,2 trln. kubmetr qaz istehsal ediblər ki, bu da 2015-ci illə müqayisədə 1,7 mlrd. kubmetr (12,59%) çoxdur.
Hesabata görə,2024-cü ildə İtaliyanın qaz layihəsi üzrə kəmərlərin uzunluğu 300 min km-lə çatacaq. Bu ölkənin ən böyük şirkətlərindən olan "Saipem"in Trans-Adriatik Boru Kəməri (TAP) qoşulmasını nəzərə alsaq TAP bu siyahıda 105 km-lik hissə iləyer tutacaq. Bu xətt Albaniya ilə sahil boyunca çəkiləcək.
Qeyd edək ki, "Global Market Insights, Inc.”-in 280 bazara aid olan buhesabatı 2017-2024-cü illəri əhatə edir.
banner

Oxşar Xəbərlər