• şənbə, 20 Aprel, 08:27
  • Baku Bakı 14°C

İtaliya çempionatı: “Yuventus” doğma meydanında “İnter”in müqavimətini qıra bilməyib

10.12.17 09:45 3223
İtaliya çempionatı: “Yuventus” doğma meydanında “İnter”in müqavimətini qıra bilməyib
İtaliya çempionatının liderləri "Yuventus” və "İnter” klubları Turində üz-üzə gəlib. Əzəli rəqiblərin turnir cədvəlində yerdəyişmələrə gətirib çıxara biləcək qarşılaşması böyük maraq doğururdu.
AZƏRTACxəbər verir ki, "Yuventus” doğma meydanında "İnter”in qapısına yol tapa bilməyib. Qarşılıqlı hücumlar və gərgin idman mübarizəsi şəraitində keçən görüş heç-heçə qurtarıb – 0:0. Beləliklə, liderlərin sırasında gözlənilən dəyişiklik baş verməyib. Hazırda 16 turdan sonra hesabında 40 xal olan "İnter” turnir cədvəlində liderliyini davam etdirir. "Yuventus” və "Napoli” 38 xalla ikinci-üçüncü yerləri bölüşürlər. "Napoli” klubu rəqiblərinə nisbətən bir oyun az keçirib.
Xatırladaq ki, "Yuventus” və "İnter” İtaliya A seriyasında indiyədək 175 dəfə qarşılaşıblar. Bu oyunların 81-də "Yuventus”, 48-də "İnter” qalib gəlib, 46 oyun isə heç-heçə başa çatıb.
banner

Oxşar Xəbərlər