• cümə axşamı, 18 aprel, 16:14
  • Baku Bakı 22°C

"İtaliya-Azərbaycan əlaqələri bütün sahələr üzrə yeni inkişaf mərhələsinə keçəcək"

23.02.20 11:37 1033
"İtaliya-Azərbaycan əlaqələri bütün sahələr üzrə yeni inkişaf mərhələsinə keçəcək"
"İtaliya prezidenti Matarellanın da qeyd etdiyi kimi 25 ildən çox mövcud olan diplomatik əlaqələr çərçivəsində İtaliya və Azərbaycan arasındakı münasibətlər müstəsna inkişafa nail olub. Bu, həmçinin öz baxışını Avro-Aralıq dənizi məkanına tutan və balanslaşdırılmış geosiyasi mövqeyinə görə güclü olan Bakının seçimi sayəsində mümkün olub”. Bu fikirləriSİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.
O bildirib ki, TAP layihəsi çərçivəsində Azərbaycan qazı İtaliyaya nəql ediləcək ki, bu da Avropa İttifaqı enerji siyasətinin əsası olan marşrutların və mənbələrin şaxələndirilməsi üçün önəmli bir göstəricidir.
Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində bir sıra sənədin imzalandığını xatırladan politoloq Azərbaycan və İtaliya arasında "Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni xüsusi qeyd edib.
N.Məmmədova qeyd edib ki, bu sənəd münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq: "Sənədin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan və İtaliya bir-birilərinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyirlər. Prezident xüsusi vurğulayıb ki, sənəddə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həlli ilə əlaqədar birmənalı mövqe əks olunub. Bu prinsiplər BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi və təcavüzkar Ermənistanın qoşunlarının Azərbaycanın bütün işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edən qətnamələri ilə uzlaşır. Böyük Səkkizlik klubunun üzvü, dünya siyasətində aparıcı yer tutan İtaliyanın Qarabağ məsələsində Azərbaycanın haqq mövqeyini müdafiə etməsi mühüm əhəmiyyət kəsb edir”.
İtaliya ilə Azərbaycan arasında iqtisadi-ticarət, enerji əməkdaşlığının yüksək səviyyədə inkişaf etdiyini vurğulayan politoloq əlavə edib ki, Prezident İlham Əliyevin Romada bəyan etdiyi kimi 2019-cu ildə İtaliya ilə ümumi ticarət dövriyyəmiz 6 milyard dollardan artıq olub: "Hesab edirəm ki, Prezident İlham Əliyevin bu səfərindən sonra İtaliya-Azərbaycan əlaqələri bütün sahələr üzrə yeni inkişaf mərhələsinə keçəcək”.
banner

Oxşar Xəbərlər