• cümə axşamı, 25 aprel, 11:15
  • Baku Bakı 14°C

İsveçrənin Etikanın Universal Məcəlləsinin müəllifi Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

30.03.17 14:50 597
İsveçrənin Etikanın Universal Məcəlləsinin müəllifi Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
Yeniləşən və Səmərəli Enerji üçün Beynəlxalq Davamı Enerji Təşkilatının rəhbəri, İsveçrənin Etikanın Universal Məcəlləsinin müəllifi Qustav R Qrob Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması ilə əlaqədar bəyanat verib.
Sülh Platformasının mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, bəyanatda deyilir:
"Hörmətli erməni və azərbaycanlı dostlar və bəşər övladları! Əsrlərlə sürən nifrət və müharibələrdən sonra bütün dünyada sülh, tolerantlıq və məhsuldar əməkdaşlığın bərqərar olmasının zamanıdır. Biz dünyanın ən qədim demokratiya quruluşunda belə fərqli dilləri danışan, müxtəlif din və mədəniyyətlərə məxsus adamların sülh və azadlıq şəraitində birgə yaşadığının şahidi olmuşuq. Buna görə də, mən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə inanıram. Azərbaycan və Ermənistanın ərazi bütövlüyü və suverenliyinə və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi bildirmək istəyirəm. HəmçininBMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, eləcə də digər beynəlxalq təşkilatların qətnamə və qərarları həyata keçirmək üçün vacib hesab edir. Mən də bu münaqişənin həlli ilə bağlıATƏT-in Minsk qrupunun səylərinin əhəmiyyətini qeyd etmək istəyirəm. Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürlərinin yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd etmək istəyirəm. Ermənistan-Azərbaycan Sülh Platforması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün unikal şansdır. Bu səbəbdən məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və Cənubi Qafqaz regionunda sülhün bərpası və qorunması olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.
banner

Oxşar Xəbərlər