• şənbə, 20 Aprel, 06:05
  • Baku Bakı 14°C

İsveçrədə Mehriban Əliyevaya həsr olunan disk hazırlanıb

29.03.17 13:30 1157
İsveçrədə Mehriban Əliyevaya həsr olunan disk hazırlanıb
Dünya şöhrətli pianoçu Adilə Əliyevanınİsveçrədə ikikompakt-diski hazırlanıb. Bu haqda Fransanın "Le Dauphiné libéré” jurnalında məlumat verilib. CD-lərdən biriİsveçrə və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə, digər isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr olunub. Bu CD-lərdə görkəmli İsveçrə (Frank Martin, Jan Daetviler, Liszt və Mendelson) və Azərbaycan (Vaqif Mustafazadə, Tofiq Quliyev, Oqtay Rəcəbov və s.) bəstəkarları tərəfindən yazılmış əsərlərin yenidən işlənmiş variantları yer alır.

Qeyd edək ki,Adilə Əliyeva hazırda Fransanın Annamesse şəhərində yaşayır. O, bir müddət İsveçrədə də yaşayıb. Həmin dövr ərzində bir çox konsertlərdə ifa edib və Frank Martin kimi helvetik bəstəkarların əsərlərinin səsyazmasında iştirak edib. Həmvətənimiz50-dən çox ölkədə, hətta Vatikanda konsert proqramları ilə çıxış edib, 30-dan çox kompakt-diskin müəllifidir.

Azərbaycanın Əməkdar artisti, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru Adilə Əliyevanın adına Fransada iki ildən bir pianoçuların müsabiqəsi keçirilir. Növbəti müsabiqə isə bu il mayın 15-dən 18-dək Fransada və İsveçrədə keçiriləcək.



banner

Oxşar Xəbərlər