• cümə axşamı, 28 mart, 16:30
  • Baku Bakı 16°C

İsveçrə şirkətləri Azərbaycanın qeyri-enerji sektorunun inkişafında dəyərli tərəfdaş ola bilərlər

21.09.20 09:45 425
İsveçrə şirkətləri Azərbaycanın qeyri-enerji sektorunun inkişafında dəyərli tərəfdaş ola bilərlər
Azərbaycan iqtisadiyyatının diversifikasiya prosesi zamanı İsveçrə şirkətləri ölkənin qeyri-enerji sektorunun inkişafında dəyərli tərəfdaş ola bilər. Bu barədə Trend-ə İsveçrənin İqtisadi İşlər üzrə Dövlət Katibliyindən (SECO) məlumat verilib.
Bundan əlavə, SECO-da qeyd edildiyi kimi, infrastruktur və nəqliyyat sektorunda fəaliyyət göstərən və bu sahədə zəngin təcrübəyə malik İsveçrə şirkətləri Azərbaycanın tranzit mərkəzi kimi inkişafına mühüm töhfə verə bilərlər.
"İsveçrə ilə Azərbaycan arasında ikitərəfli iqtisadi əlaqələr yüksək səviyyədədir, lakin gələcək inkişaf üçün hələ də potensial mövcuddur. 2018-ci ildə iki ölkə arasındakı ticarət həcmi 237 milyon İsveçrə frank (260,8 milyon ABŞ dolları) təşkil etdi. Bundan əlavə, ölkələr arasındakı uzun müddət davam edən texniki-iqtisadi əməkdaşlıq da əlaqələrin güclənməsinə təkan verir. Bu gün İsveçrənin texniki yardımı dövlət maliyyə idarəçiliyi, dövlət statistikası və makroiqtisadi modelləşdirməyə qədər hərtərəfli makroiqtisadi islahatlara yönəlib. İsveçrə həmçinin Azərbaycanın maliyyə sektorunun inkişafını da dəstəkləyir. Bu il İsveçrə ilə Azərbaycanın iqtisadi inkişaf sahəsində 20 illiyi tamam olur", - SECO-dan bildirilib.
banner

Oxşar Xəbərlər