• cümə, 26 Aprel, 16:52
  • Baku Bakı 23°C

İsveçrə-Azərbaycan oyununun vaxtı müəyyənləşib

29.04.20 10:15 587
İsveçrə-Azərbaycan oyununun vaxtı müəyyənləşib
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 26-da keçirilməli olan İsveçrə – Azərbaycan oyunu koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmışdı.
AZƏRTACxəbər verir ki, AFFA ilə İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıqlı razılıq əsasında qarşılaşma bu il noyabrın 12-də keçiriləcək.
Oyunun stadionu və başlanma vaxtı hələ müəyyənləşməyib.
banner

Oxşar Xəbərlər